Canavarsan, canavar!
Hitler öz casuslarını Sovetlər İttifaqına göndərdiyi zaman onlara faşistlərin yaxşı, ədalətli adamlar olduğunu, işğal etdikləri ölkələrdə əhali ilə yaxşı rəftar etdiklərini və ərzağın bol olması şayiələrini yaymaq üçün təlimat verirdi.
Həvəsin var toxu hər tin başı minlərcə yalan,
Toxu, lakin onu yox bir qara dinarə alan.
Yediyin, içdiyin, axtardığın insan qanıdır,
Səni məhv eylədiyin ölkələr, ellər tanıdır.
Yerə girsən yenə gizlənməyəcək zati-südün,
Bilir aləm quduz itlərdən alınmış öyüdün.
Elə bir fahişəsən yüz kərə vursan da bəzək,
Bir gəlin şəklinə girsən də, təzəksən ki, təzək!
Başqa ad yox, bütün aləm səni cəllad sayır,
Dırnağından o kimin qanlarıdır damcılayır?!
O yalan mərhəmətin, ne’mətin, ədlinlə sənin
Çıxa bilməz bu qış aclıqlar içindən vətənin.
Xalqı aldatmaz o rəngin, o yalan və’dələrin,
Bəllidir yer üzünün xalqına dabbağda dərin.
Sən deyirsən kölələr yurduna dönsün bu cahan,
Qan tökürsən, düşün, ancaq boğacaqdır səni qan.
Tülkünün Məkkəyə getməkliyi aydın bəşərə,
Qara, mənhus adın aclıq gətirir ölkələrə.
İti təhqir eləməkdir sənə ad versələr it,
Elə itsən ki, yumaz çəmdəyini Bəhri-mühit.
Sənin alnında faşizmin elə bir damğası var,
Görə hər kəs deyəcəkdir canavarsan, canavar!
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-canavarsan-canavar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əhməd şah İrana gəlib yenə də taxtına əyləşmək üçün Parisdən hərəkət eləmişdir. (İran qəzetlərindən)*Millətimdən, vətənimdən nigaranəm, gəlirəm
Balaca felyetonİnkilislər verdikləri sərbəstlik və’dələrinə Hicazda, Fələstində əməl etmədikləri üçün Hicaz kralı Hüseyn müğavilənaməni imza etməmişdir.*Sən öylə zən edirdin doğrudan da bir xilafətsən
Balaca felyetonFransanın mürtəce dairələrinin naşiri-əfkarı «Libertə» qəzeti yazır ki: Lenin yollarına sədd çəkməkdən ötrü Parisdə olan əlli min Nikolay zabitinə istinad edə bilərik.*Tənbəlin şəhrdə miqdarı çatır əlli minə
İranlılarİranda istəyirlər ki, Əhməd şahın iki yaşındakı oğluna tac qoysunlar.*Ortaya atmış qəribə bir şüar iranlılar
Başqa şairlərin şeirləri · Satira
Bir hekayə, bir novella yaza bilmirəm,Hıqqanıram dost-aşnaya məktub yazanda.
Təqdir edəlim!Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Üzün oldisə gər külfət yanında qarə, səbr eylə!
Kişilər deyirlərVallah, gətiriblər bizi lap cana qadınlar,Heç oxşamayırlar belə insana qadınlar.