Hitler «cənnətində»
Almaniyada çıxan «Kölnişe Zaytunq» qəzeti Alman xalqına tövsiyə edərək yazır ki; «Ərzaq normasının yenidən azaldılması zamanı təlaş və təşvişə düşməyə lüzum yoxdur».
Hər nə ağan buyursa, əmrə itaət eylə!
Mümkün qədər çox işlə, az ye, qənaət eylə!
Çox torpaq aldıq, amma yoxdur çörəkdən asar,
Yağ yox, pənir yox, aş yox, yanmış xərabələr var.
Anbarda yağlı və’də, ərzağımız — yalanlar...
Narazılıq nə lazım, al ye, kifayət eylə.
Hazırlanıb sizinçin bu qanlı hərb, bu meydan,
Hər yanda çağlayır qan, ölür minlərcə insan.
Qarnın ac isə sən də Hitler kimi axıt qan,
Bir qab içib o qandan vicdanı rahət eylə.
Dinmə, danışma, ruzun gündən-günə azalsa,
Ərzaq adı şəkildə, sözdə, kağızda qalsa,
Oğlun, qızın, əyalın gər ac qalıb saralsa,
Yox başqa bir vəzifən, ancaq ibadət eylə.
Başdan-başa qırılsa, məhv olsa kütlə, millət,
Qalmaz yeyənlər, artar ölkəndə naz-ne’mət.
Bax, səndən ötrü Hitler yaratdı böylə cənnət,
Dolan meyitlər içrə, qanda səyahət eylə!..
Fəxr et bu aclığınla eylə idarə qurdun,
Səndən alırkən ilham, vicdanı güldü qurdun:
Səbr et, bir az da qurban versin o xəstə yurdun,
Onda fəğana başla, onda şikayət eylə!
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-hitler-cennetinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əmir timçəsindən keçdiyim zaman Həsənağaya rast gəldim. O mənə yanaşaraq:– Anam, sizi təcili surətdə çağırır, – dedi.
İraida oğurlandıBugünkü iclasda xalça fabriklərində iş aparmaq məsələsi müzakirə edilirdi. Mən bütün küstar sənaye müəssisələrinin təşkili məsələsini də gündəlik müzakirə sırasına keçirdim.Bu vaxta qədər bizim xalça fabriklərindən başqa heç bir müəssisə ilə əlaqəmiz yox idi.
İraidanın həbsindən sonraSəhər saat 7-də qapımız vuruldu. Gələn Nina ilə sərdar Rəşidin kiçik xidmətçisi idi.Qapını açan kimi, Nina saxta bir təşvişlə dedi:
Məqsədə doğruMüharibənin yaxınlaşdığı şayiələr bir həqiqət olmuşdu. Osmanlı məmləkəti hüduduna göndərilən çar orduları sel kimi axıb gəlirdi. Amerika konsulxanasında bir məlumat olub-olmadığını bilmək üçün miss Hannanın evinə getməyim lazım idi.Xidmətçi qadın qapını açaraq məni evə buraxdıqda, miss Hanna stol başında oturub nə isə bir şey yazırdı. O məni görüncə yazdığı kağızı kitab altına soxub qalxdı. Mən gülümsünərək:
Başqa şairlərin şeirləri · Satira
Ey Məmdəli, bu növi ki, İrandan ekildin,Doydun, bilirem, axır özün candan, əkİidin.
Töhmət edir qəzetçilər, – məş’əri-nası bir belə!Töhmət edir qəzetçilər, – mə’şəri-nası bir belə!..Özlərinin, inan ki, yox fəhmü zəkası bir belə!..
CeyranvuranlarCeyranı atıb vurmaq, əgərçi qadağandır,Ceyran yatağı Mil düzüdür, bir də Muğandır.
Şeir yaxud merŞerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.