Məhərrəm nəğmələri
«Çün xeymələr o Şumrə hökm oldu qarət olsun».
Həmşəhri məscidində şeyxə qənimət olsun.
Onda ki, molla Kamyab vurdu Hüseynə zərbət,
«Ey vay ağam» bağırdı məsciddə sadiq ümmət,
Ey şiə etmə artıq Şumrə, Yezidə lə’nət,
Bir kərrə söylə dildən Kamyaba lə’nət olsun,
«Çün xeymələr o Şumrə hökm oldu qarət olsun».
Hər il məhərrəm olcaq şeyxin kəramətindən,
Çıxsın gərək bir az pul islam millətindən,
Sirrin gedib soruşsan şeyxin son övrətindən,
Söylər gərəkdi şeyxə hər gün bir övrət olsun,
Bir dəfə söylə dildən bu şeyxə lə’nət olsun.
Xalqın başına eylə səpdi yalanı molla,
Hazırladı o dəmdə noxta, palanı molla,
Ləşkər hücum edəndə atdı əbanı molla,
Az qaldı məscid üzrə bərpa qiyamət olsun,
Bir dəfə söylə dildən Kamyaba lə’nət olsun.
Öldürdü şeyx əfəndi Ali-Əlini ətşan,
Xəncər əlində söylər minbərdə «va cibişdan»,
Hala yenə bazarda bu anlamaz müsəlman
Qəsdində qoydu şeyxə pul versin, alət olsun,
Həmşəhri məscidində bərpa qiyamət olsun.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-meherrem-negmeleri-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aləmin hər dürlü təşkilatı rö’yadır bizə,Sənətin e’cazı ancaq bir tamaşadır bizə.
Taxtkahi-CəmBir qəm sarayı möhnət imiş taxtkahi-Cəm.Həp əski uyqusunda durur kişvəri-Əcəm.
Bahar çiçəkləriSəd şükr bahar oldu, ötüb fəsli zimistan,Şuralar ilə ziynət alır səhni-gülüstan.
Şe’r və məhəbbətŞadam səri-kuyində nikahban ola bilsəm,Bir dəm hərəmi vəslinə mehman ola bilsəm.
Başqa şairlərin şeirləri · Satira
Cəfərqulu xana*Vücudi-lətifin, ey taci-sərim,
Axunda müraciətAxunda, milləti etmə həvayiBizə lazım deyil bangi-dərayi
Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!Nə də tərpənməyir üstündəki yorğan, ölübə!..
Hacılar, ay hacılar, can sizə qurban hacılarHacılar, ay hacılar, can sizə qurban hacılar,Ərəb eylər sızı hər ilbaşı talan, hacılar.