Məhərrəm nəğmələri
Məhərrəm gəldiyi üçün şeyx Qəni şəxsən məscidin döşənməsi işlərində iştirak edir.
Toplandı yenə məşhədilər yanına şeyxin,
Salsın hamı bir para cibişdanına şeyxin.
Əlhəmd ki, məscidlər olur xaneyi-vəslət,
Evlənmək üçün başlanıyor xırda ticarət.
Huridən alır kəbləyilər gündə yüz övrət,
Bir söz demərəm doğrusu qılmanına şeyxin,
Böhtandı bu iyrənçi iş ünvanına şeyxin.
Hammalları da eyləyəcək huriyə damad,
Nəqd pul verir onlar da alır nisyə bir arval,
Dünyada əzab qalmadı şeyxin evi abad,
Min şükr edəcək xalq bu ehsanına şeyxin,
Toplandı yenə məşhədilər yanına şeyxin.
Hurini bəzər şeyx ağa moizədə hər dəm,
Ağzı sulanıb xalqın olur haləti bərhəm,
Əlmuzdun alır toyda bu məşşatə müəmməm,
Zira yaraşır məs’ələ vicdanına şeyxin,
Layiqdi bu ərz etdiyim ünvanına şeyxin.
On gün başa-baş tozlu həsir üstə müsəlman,
Vaxtın keçirər vəslilə ol quli-biyaban,
Zövq eyləyə qılmanla başı örtülü nisvan,
Artıq nə deyim dinçi müsəlmanına şeyxin,
Layiqdi deyən sözlərim ünvanına şeyxin.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-meherrem-negmeleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fələstində yerli ərəblər tərəfindən min nifrətlər ilə qarşılanmış Balfor indi də Diməşqə, Şama gedir.*Çıxdı nifrətlə Fələstin xalqı istiqbalıma
Balaca felyetonFransanın Mərakeşdə hərəkatda bulunan əsgərləri əlverişli mövqe’ləri işğal etmək üçün ric’ət eyləmişlər.*Mərakeş xalqında yox mədəniyyət
Bəxtəvər İranİran Şimal neftinin imtiyazını on milyon dollar istiqraz şərtilə Sinkler kompaniyasına vermişdir.*Bir yaxşı parlaman düzədib bəxtəvər İran
Ad etdiyinAmerika Fransadan borclarını tələb edir. İngilislər də bu haldan sevinirlər.*Kəndini iflasdan qeyrətlə «azad» etdiyin
Başqa şairlərin şeirləri · Satira
Sür ömrünü, çək ləzzətıni can ele düşməz,Heç bir belə gün, bir bele dovran ele düşmez.
“Molla Nəsrəddin”in qıza cavabıQızım, sən bilmirsən, dünyada nə var,Nəql eyləyim, əgər qulaq asarsan,
Nəzminin cavabın, ey taci-sərimCəfərqulu xana*Nəzminin cavabın, ey taci-sərim,
Hüseyn Kəmal deyir ki ("Tə’nü təhqirə təhəmmül edərəm mən, lakin")Tə’nü təhqirə təhəmmül edərəm mən, lakinTə’n edən zati-firumayədə vicdan olsa;