Lloyd Corc Qərbi fəlakətdən qurtarmaq üçün İsa-Məryəm naminə Amerikaya yalvarır, bir tərəfdən də Puankareyə bir qəpiyindən keçməyəcəyini söyləyir.

Siz də, biz də lotuyuq, ürfdə, adətdə birik,
Hamımız cib kəsirik, hiylə, xəyanətdə birik!

Hamımız qan içərik, can basarıq mənfəətə,
Ağalıq eylərik hər on lotu bir məmləkətə,
Salmışıq burda başından yekə bir... səbətə,
Hamımız əlbir idik, qətldə, qarətdə birik!

Onda ki, biz girişirdik yeni hərb eyləməyə,
Sən də qatil kəsilib Qərbə buyurdun köməyə,
Yığışıb odlamışıq Qərbi, nə hacət deməyə,
Hamı məfkurədə, məsləkdə, siyasətdə birik!

Dağılıb Qərb, yanıb-partladı, bitdi məsələ,
Gəldi ondan dəxi qəlbindəki mənzurin ələ,
Bax, yanır Qərb, yetiş yardıma, göstər əcələ,
Xalqı yandırmaq üçün zülm-şərarətdə birik!

Xaçpərəstik hamımız, həzrəti-Məryəm nənəmiz,
Hamının xaliqi İsa, bir imiş ən’ənəmiz,
Bir zibildəndi bütün adətimiz, əlsənəmiz,
İsəviyyətdə, şəriətdə, ədalətdə birik!

Qərbi qırxmağlığa Milran götürüb ülküçünü,
İtirib nemsə tamamilə kələfin ucunu,
Məryəm oğlanları burda elə vurmuş gücünü,
Onu söndürməyə, bişübhə, cəsarətdə birik!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Çar konsulu gəlir

Çar təbəələri və çar himayəsində olanların qapılarında çar bayrağının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirirdi. Bunu yalnız bayraqlardan deyil, hər şeydən görmək mümkün idi. Dərvişlərin qəsidələri, dilənçilərin duaları, korların sızıltısı, mərsiyəxanların mərsiyəsi, müctəhidlərin moizəsi də deyirdi ki, imperatorun konsulxanası açıqdır.Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi.

19 dəq
Friksonun evində

Gecə saat 11-də şiddətli qar yağırdı. Küçələrdən camaat evlərinə çəkildiyi vaxt mən də Həsənağa və Tütünçüoğlunu götürüb Amerika konsulxanasına yola düşdüm. Qapını vurduq, sanki qapının dalısında adam durub bizi gözləyirmiş, bir saniyə içində qapını açıb bizi içəriyə buraxdılar. Qışın soyuğuna baxmayaraq, Frikson başı açıq balkonda gəzir və bizim intizarımızı çəkirdi.Biz balkona çıxdıq, balkonda Həsənağa və Tütünçüoğluna muraciətlə:

9 dəq
Jandarm təşkilatı

Sərdar Rəşid konsulxana ilə olan əlaqəsi barəsində bizə düzgün xəbərlər vermirdi. Onun verdiyi xəbərlərin bir çoxu əsassız xəbərlər idi, biz onun verdiyi xəbərləri bir də Mirzə Ələkbər xan vasitəsilə yoxlayır və əsilsiz olduğunu təyin edirdik.Mirzə Ələkbər xan özünü bizim sərəncamımıza vermişdi, hər halda, o, konsulxanada olan sirlərin hamısını da olmasa, mühüm bir qismini bizə verirdi. Sərdar Rəşidin verdiyi xəbərlər isə:

13 dəq
Rəfizadə

1914-cü ildə Rusiya konsulxanası yanında düzələn casus təşkilatına üzv yazılan və bütün xəbərləri bizə gətirən «Əfəndi Bağır? bu gün bizə heç gözləmədiyimiz qorxulu bir xəbər gətirdi". Bu xəbər" Əfəndi Bağır - vaxtilə İstanbulda çayçılıq etmiş və Təbrizə başında fəs qayıtdığı üçün təbrizlilər onun adını Əfəndi Bağır qoymuşdular. İnqilabçılar sırasında çalışırdı. İngilislər və ruslar casus təşkilatı düzəltdikləri zaman bir çoxları ilə bərabər onu da həmin təşkilata cəlb etmişdik.

22 dəq

Başqa şairlərin şeirləri · Satira