Səhifə 2 / 2 · 50%

– Ağalar, sakit olun, moizəyə mane olmayın, – dedikdə xalq sakit oldu, ağa isə camaata müraciətlə:

– Bir salavati-qərra!?

Mir Müfid ağa bu sözü dedikdən sonra bir nəfər minbərin sağ tərəfindən ayağa qalxıb camaata müraciət etdi:

– Həzərat! Mən on ildir ki, Təbrizdən getmişdim, hər ildə də bu məscidə iki dənə €Ya Əliə nəzrim vardır. İcazə verin mən öz borcumu verim.

Hələ Mir Müfid ağa cavab vermədən, camaat əlini qulağına qoyub ucadan €Ya Ələ qışqırmağa başladı. Bu vaxt bazar camaatı da bu qışqırtıya məscidin qapısına yığışmışdı, küçədən də €Ya Əliy qışqırtısı eşidilirdi.

Mir Müfid ağa hər nə məsələdən başlamaq istəyirsə, məsciddəkilər ya €Ya Əliə qışqırır, yainki salavat çəkirdi. Mir Müfid ağa birtəhər xütbəsinin qol-qanadını qırıb məsələyə keçdi və üzünü camaata döndərib dedi:

– Xudavəndi aləm yüz iyirmi dörd min peyğəmbərin hər birisinə bir cürə qüvvət, bir cürə kəramət əta buyurmuşlar. İsaya ölü diriltmək, Musaya Allah-taala həzrətləri ilə danışmaq, İbrahimə odda yanmamaq, Süleyman peyğəmbərə göydə uçmaq...

Bu zaman camaat qalxıb minbəri götürdü və salavat çəkə-çəkə məscidi dolanmağa başladı. Mir Müfid ağa isə hələ minbərdə öz sözünü davam etdirərək:

– Yusifə gözəllik, Yunisə balığın qarnında yaşamaq, peyğəmbərimiz Salavatullaha isə minlərlə möcüzələr kəramət buyurmuşdur. Möminlər, imamlar da belədir.cKənzülqəraibə sahibi yazır ki, həzrət Hüseyni Kərbəlanın meydanında dərəceyi-şəhadətə yetirəndən sonra, onun libasını soyundurdular. Yezid onun əmmaməsini götürüb başına qoyan kimi keçəl oldu.

Yenə də məsciddə heyrət başlandı, yenə də dilləri damaqlarda şappıldatmağa başladılar. Bu vəziyyət bir neçə dəqiqə davam etdi, lakin Mir Müfid ağa sözünü davam etdirib deyirdi:

– Cəuneyi Xizrəmi həzrətin şalvarını geyən kimi bədəni çiban tökdü. Malik ibn Yəssar həzrətin dəmir geyimini geyən kimi dəli oldu. Cəmil ibn Məznun həzrətin üzüyünü barmağına taxan kimi şil olub yerə yıxıldı. Xəyan ibn Mütin həzrətin kəmərini belinə bağlayan kimi qarın və bel ağrısına mübtəla oldu.

Camaatın bir çoxu bu sözdən sonra əlini qarnına qoyub ufuldamağa başladı, məsciddə şuluq başlandı, bu dəfə Mir Müfid ağa minbərdə dayandı, öz sözünü itirdi, sərbaz qalxıb məscid xalqını sakit etdi. Mir Müfid ağa isə sözünü başqa yerdən başladı və:

– Cəbrayıl nazil olub həzrət peyğəmbərə Allah-taaladan müfdə gətirdi, – dedikdə haradansa boynuna bir kağız bağlanmış göyərçin qalxıb minbərin üstündəki tağa qondu, camaat isə «möcüzə olduə – deyə bir-birinin dalınca salavat çevirməyə başladı. Mir Müfid ağa sözünü kəsməmişdi.

– Həzrətə müidə verib ərz eylədi ki, xudavəndi-aləm sənin nəslindən bir nəfər oğlan uşağı dünyaya göndərəcəkdir ki, onun adı Hüseyndir, o özünü Kərbəla adlı yerdə qurban verməklə sənin ümmətinin günahlarını bağışlatdıracaqdır. Şiələr həmin bu Hüseyndir ki, Şümr məlun onun başını Kərbəlada kəsib bir at torbasına saldı və onu Yezid məluna hədiyyə apardı. Yezid onun başını qızıl teştin içərisinə qoyub əmr etdi ki, €Xiyzəran çubuğu gətirinlb Çubuqları gətirdilər. Yezid məlun onları əlinə alıb həzrətin qanlı dodaqlarına vurmağa başladı.

– Camaat, sizə xiyzəran çubuğu deyirəm, o, şaftalı ağacı deyildi, o, alça ağacı deyildi, o, armud ağacı və ərik ağacı deyildi.

Camaatın hamısı birlikdə Təbrizdə məşhur təsnif olan «Ərik ağacıə nəğməsini oxumağa başladı:

€Ərik ağacı, əzmələrin olaydım,

Ərik ağacı, düymələrin olaydım?.

Bu gün Mir Müfid ağa məclisi əlinə ala bilmədi. Əlinin Xeybərdə Mərhəb ilə olan davasını deyəndə aralığa iki dənə xoruz ötürdülər, xoruzlar qızğın bir surətdə döyüşməyə başladılar. Ağa acıqlandı, camaatı Allahın qəzəbi ilə qorxutmağa və cəhənnəmdən danışmağa başlayaraq dedi:

– Sakit olun, ey Allahın bəndələri! Qorxun qiyamətin günündən! Qorxun cəhənnəm əzabından! Qorxun Təbatüm məlaikəsindən, qorxun Təbatüm məlaikəsinin verdiyi əzablardanl.. Həzrət Rəsul meraca təşrif apardığı zaman cəhənnəmin səyahətinə təşrif apardılar, Həzrət Rəsul orada çox böyük bir məlaikəyə rast gəldi, o məlaikənin bir dodağı məşriqdə, bir dodağı isə məğribdə idi. Həzrət Rəsul Cəbrayıldan soruşdu ki: €Ya Cəbrayıl, ey mənim səmimi qardaşım, bu məlaikənin adına nə deyirlər? Bu məlaikənin vəzifəsi nədir?? Həzrət Cəbrayıl ərz elədi ki: €Ya peyğəmbər, bu məlaikənin adı Təbatümdür, yəni yeyib qusan məlaikə. Bunun vəzifəsi dünyada sənin ümmətinin sözünə baxmayan və onların üzünə ağ olan günahkarları yeyib yenə də qusmaqdır. Təbatüm məlaikəsi hər kirpik çalımda yetmiş min günahkarı yeyib, yenə də qüsur, bu minval ilə Təbatüm məlaikəsi hər bir günahkarı gündə yetmiş min dəfə yeyib qusa biləm.

Camaat çə, ə, ə) etməklə özlərini Təbatüm məlaikəsinə oxşatmağa başladı. Sərbazlar camaatı nə qədər sakitliyə dəvət etdisə, yenə də mümkün olmadı, nəhayət, axund minbərdən düşüb məsciddən kənara çıxdı. Nökəri, uzunqulağı qapıda saxlamışdı. O, uzunqulağı minib yola düşdüyü zaman hava qaranlıqlaşmışdı, gündüz uzunqulağın qarşısında onlarca fənərin çəkildiyinə baxmayaraq, gecə qaranlığında ağa evinə fənərsiz qayıtdı.

Bir gün bu hadisədən keçəndən sonra məscidin qabağında Hacı Səməd xan tərəfindən belə bir elan vurulmuşdu:

«Təbriz camaatına!

Eşitdiyimə görə, Təbriz məscidlərində bəzi nagüvara hərəkətlər baş verməkdədir. Bəzi əclaf və bəzi din düşmənləri məscidlərə yığılıb üləmanı bihörmət edirlər. İslam donuna girmiş babilər dini-islamın fəzilətindən, zümmeliətharın kəramət və möcüzələrindən moizə edildiyi zaman məclisə şuluqluq salıb, üləmaya öz vəzifələrini bitirmək üçün imkan vermirlər.

Xüsusən Hallac bazarda, Mir Müfid ağanın məscidində, dinə və şərəfi-islama layiq olmayan bir çox hadisələr baş verdiyini eşidirik. Bu gündən etibarən bütün Təbriz camaatına xəbər verirəm ki, üləmanın hörmətinə toxunanlar moizə və təziyə yerlərində şuluqluq salanlar, məscidlərdə yersiz €Ya Əlibb və salavat çağıranlar, göyərçin uçurdanlar, xoruz döyüşdürənlər, üləmanın üzünə baxıb qaş-göz oynadanlar, dili ilə, əzası ilə üləmanı bihörmət edənlər, gündüz fanusları yandırıb üləmanın uzunqulağının qabağına düşənlər, məsciddə dalısını minbərə, üzünü başmaq çıxaran yerlərə çevirib oturanlar, hər kim olursa olsun, həbsə alınacaq və cərimə ediləcəkdir.

Valiyi-əyaləti Azərbaycan

Hacı Şücaüddövlə Səməd xanə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri