Səhifə 1 / 3

Xariciyyə naziri Sazonov Tehrandakı rus səfiri Etter vasitəsilə Hacı Səməd xanın Azərbaycandan çıxarılması məsələsini Təbriz konsuluna xəbər vermişdi. Hacı Səməd xan isə özünün Təbrizdə qalmaq arzusunun qəbula keçməyəcəyini bildikdən sonra, «öz məmləkətimdir, qalıb hökumət sürəcəyəməp deyə bir neçə gün Rusiya konsulunun xəbərdarlığına əhəmiyyət verməmişdi.

Rusiya konsulu onun hökumətdən xaric edilməsi məsələsini heç bir vəchlə təxirə sala bilmirdi, çünki Tehranda Almaniya və Türkiyə səfirlərinin cavan şahla müzakirəyə girişməsi və İranı alman-türk ittifaqına daxil etməsi təlaşları necə ki, Rusiya hökumətin, eləcə də ingilisləri rahatsız edirdi.

Bunun üçün də Təbrizdə bir dəyişiklik görünürdü. Bizcə, Hacı Səməd xan möhkəm durmuş olsaydı, o, müharibənin qəti zamanlarında öz əlində olan yerlərdən silahlı qüvvə dəvət edər və rusların hərəkətinə əngəl törədə bilərdi. Lakin Səməd xan yenə də çarın gələcək mərhəmətinə əmin olduğu üçün bu cəsarəti etmədi.

Gündüz saat üçdə Nina konsulxanadan ingilis və çar konsulları tərəfindən Hacı Səməd xana verilən ultimatumun qısa məzmununu gətirdi.

«Sizin çar hökumətinə verdiyiniz ərizəni və sizin orada göstərdiyiniz bir neçə səbəbləri nəzərə alaraq, çar hökuməti məzuniyyətə getməyinizə icazə verdi, lakin beynəlxalq vəziyyəti nəzərə almayaraq sizin bu işi təxirə salmağınız bizi ikinci dəfə sizə xəbərdarlıq vermək məcburiyyətində qoydu.

Hərgah bir həftəyə qədər Təbrizdən xaric olmasanız, o zaman çar və ingilis konsulxanaları icbari vasitələrə müraciət edəcəkdirə.

Konsullar bu xəbəri verdikdən sonra Hacı Səməd xan öz arzularından tamamilə məhrum oldu və Təbrizdən çıxmağa məcbur qaldı. O bu xəbərdarlığı aldıqdan bir gün sonra Nizamüddövlə bağından çıxaraq Nemətabada çəkildi, dörd günün müddətində qatır karvanları onun dörd il müddətində Təbrizdən və bütün Azərbaycan xalqından soyduğu dövlətini Marağaya daşıdı. Nəhayət, beşinci gün Hacı Səməd xanın Nemətabaddan Tiflisə yola düşdüyü xəbərini eşitdik.

Onun yerinə təyin edilən sərdar Rəşid böyük bir təntənə ilə Baba bağından Təbrizə köçdü. Havanın rütubətinə və Təbriz küçələrinin palçıq olmasına baxmayaraq, çarın əmmaməli agentləri təzə valini Təbrizə gətirmək üçün axşamdan bəri Baba bağının ətrafında fırlanırdı. Vaxtı ilə Səttar xanın, sonralar Rəhim xanın, Səməd xanın qapısında qəsidə oxuyan dərvişlər, mədhnamə yazan şairlər, bu gün tamamilə Baba bağının qapısında duraraq, öz qurşaqlarında gətirdikləri çörəyi ayaq üstündə yeyirdilər. Baş əyməyə böyük adam axtaran bu qaragüruh saat 11-də öz vəzifəsinə başladı. Sərdar Rəşid öz yaxın adamları ilə bərabər bağdan bayıra çıxdı. Onu hökumət dairəsinə aparmaq üçün çar konsulu öz avtomobilini göndərmişdi.

Sərdar Rəşid avtomobilə minməyə tələsmirdi: o, qapının ətrafında yığılan seyidləri, mollaları, ikinci dərəcəli müctəhidləri, tacirləri, ziyalıları nəzərdən keçirib onlarla salamlaşırdı. Dərviş Süleyman adamların dalısından öz qəsidəsini oxumaqda idi. Sərdar Rəşid camaatla salamlaşmaqla bərabər dərviş Süleymanın qəsidəsini də eşitməyə diqqət verir, qəsidədə öz adının çəkilib-çəkilmədiyini eşitməyə çalışırdı.

Dərviş qəsidəsini davam etdirirdi:

Ey valiyi-vala həşəmin, nəx1-cəlalın

Gülzar həyatında görüm barvər olsunə. ” deyə dərindən nəfəs aldıqda, sərdar Rəşid nə isə nökərin qulağına pıçıldadı, nökər isə dərvişə yaxınlaşıb bir tümən onun kəşkülünə atdı. Bu zaman təzə valinin yaltaqları da dərvişin kəşkülünə yaxınlaşdılar və valiyə xoş gəlmək üçün sədəqə verdilər.

Dərvişin bu qədər ehsana nail olduğunu görən Soltanüşşüəra özünü irəli soxdu və tez eynəyini taxıb, sərdar Rəşidə yazdığı şeirini oxumağa başladı:

«Mərhəba fəsli-zimistan bir gülüstandır bizə dedikdə hər tərəfdən cZindəbad sərdar Rəşid, zindəbad həzrəti əşrəfbə – səsləri ucalıb Soltanüşşüəranın şeirini yarımçıq qoydu. Buna baxmayaraq, sərdar Rəşid onu ehsansız buraxmadı, bir dənə çar on manatlığı onun ovcuna basdılar.

Sərdar Rəşid çox təxirlə avtomobilə yanaşdı. O bununla ziyarətinə və istiqbalına gələnləri öyrənmək, onların yaltaqlığına imkan vermək istəyirdi. Avtomobilə oturdu. Onu istiqbala gələnlərin əksəriyyəti ağ uzunqulaqlar minmişdi, faytonlarla gələnlər də var idi, buna görə də sərdar Rəşidin əmrinə görə maşını çox yavaş sürürdülər. Maşının dörd tərəfində sıra ilə uzunqulaqlar gedirdi, piyada gedənlər isə uzunqulaqlardan heç də geri qalmayaraq çamurların içərisi ilə sürünür və öz sədaqətini təzə valiyə göstərməyə çalışırdılar.

Bazar-dükan bağlanmışdı, bu ənənə Təbrizdə təzə deyildi, daim Təbrizə təzə hökumət gəldiyi zaman camaat bazar-dükanı bağlayıb istiqbala çıxardı, Tehrandan gələn hökuməti Vasminc şəhərinə qədər istiqbal edərlərdi.

Yenə də bu ənənə təzələnmişdi. Şəhərdə bir dənə də olsa açıq dükan yox idi. Hamı təzə valinin istiqbalına getmişdi. Əl alverçilərini və tabaqçılarını yol uzunu görmək mümkün idi. cZindəbad həzrəti əşrəfhə səslərinin içərisindən tabaqçıların bu səslərini eşitmək mumkün idi:

– Ay isti paxlal

– Ay təzə-tər şorca noxud!

– Zindəbad həzrəti əşrəf!

– Yaxşı ləbləbidir, ay kasıb, gəl mənə tərəf!

– Şəkərçörəyi, qənnadı malı, bədmüşk noğulu, rahətəlhülquml..

Təzə valini cürbəcür səslər müşayiət edirdi. Şəhərin dərvişləri, dilənçiləri, seyid və mollaları tamamilə yolun sağını və solunu kəsmişdi. Bu vaxta qədər bütün Təbrizi əlinə götürən Marağa atlılarından bir nəfər də olsa görünmürdü. Hacı Səməd xan Tiflisə yola düşdüyü gün onlar da Təbrizdən Marağa şəhərinə köçmüşdülər.

Təzə Azərbaycan valisini Təbrizə gətirmək üçün bir dəstə İran polisindən başqa bir dəstə də çar kazakı Baba bağına getmişdi.

Axşam hökumət binasında böyük ziyafət təşkil olunmuşdu. Ziyafətə sərdar Rəşidlə əlaqəsi olan və olmayan bir çox tacirlər dəvət edilmişdi. Onun bizimlə tanış olduğuna və dəfələrlə evimizə gəldiyinə və bir çox işlərdə bizimlə məsləhətləşdiyinə baxmayaraq, nə məni, nə də Məşədi Kazım ağanı həmin görüş ziyafətinə dəvət etməmişdilər.

Sərdar Rəşid bununla özünün böyüklüyünü və bizə olan əlaqəsinin dəyişdiyini bildirmək istəyirdi. Ziyafətə çağırılanların siyahısı tutulduğu zaman Mahru sərdar Rəşidə müraciət edərək:

– Yəqin ki, Əbülhəsənbəy yaddan çıxmışdır, – dedikdə sərdar Rəşid:

– Hökumət ziyafəti baqqal-çaqqal yeri deyildir, – deyə cavab vermiş və onların arasında böyük bir mübahisə olmuşdu.

– Əbülhəsənbəyi baqqal-çaqqal adlandırmaq ayıb deyildirmi? Hazırda o və onun şəriki Məşədi Kazım ağa Təbrizin ən zəngin və ən nüfuzlu adamları deyillərmi?

– Zənginlik ayrıdır, nəcabət ayrıl Hələ onlar hökumət yanında yerə oturmaq səlahiyyətini qazana bilməmişlər. Sənə də xəbər verirəm, sən gərək mənim nüfuzumun düşməsinə çalışmayasan. İndi sən Tütünçüoğlunun da tayı deyilsən, indi səni bir vilayətin hakimi və İranın nəcib və nüfuzlu adamı da alar.

– O barədə mənə demək lazım deyildir. Mən bu barədə özümü sərbəst hesab edirəm. Mən heç kəsin ixtiyarında deyiləm, sizin ailənizdən asılı olmaq mənim atamı və anamı da məhv etdi.

– İndi yalnız sən yox, bütün Azərbaycan məndən asılıdır. Sən kimsən? Bir aciz qızsan, onu bilməlisən ki, dörd milyondan artıq əhalinin səadəti də, müsibəti də məndən asılıdır!

– Sənin özün də, üzərində hökm sürdüyün dörd milyon bədbəxt

əhali də çar konsulundan asılıdır. Sən xalqın səadətinə çalışmağı ba-

carmazsan, səni bunun üçün hökumət başına qoymamışlar, sən xalqa

səadət verməyə də qabil deyilsən, qabil olsaydın, bu alçaq vəzifəni

qəbul etməzdin.

– Mahru, mən səni sevməsəydim, bu saat o dilini kəsər və səni də məhv edərdim.

– Mənim atamı da sənin atan öz sevgisi üçün məhv etdirdi.

– Sən bunu bir yerdə təkrar etmiş olsan, mən səni çar soldatlarının qabağına salıb Rusiyaya sürgün etdirərəm!

– Mən ruslarla yaşamaqdan qorxmuram. Onlar özünün bacı dediyi qıza təcavüz etmək istəyən sənin kimi adamlardan min dəfə yaxşıdırlar. Heç olmasa onlar mədənidir, onlar sənin kimi heyvan deyillər.

Bu sözdə sərdar Rəşid özündən çıxmış və qabağındakı boş stəkanı Mahruya atdığı zaman stəkan divardakı güzgüyə dəyib parçalanmışdı.

kok

Çar general-konsulu öz təzə nökərini – sərdar Rəşidi Təbrizdəki konsullara təqdim etmək üçün təntənəli bir ziyafət təşkil etmişdi. Burada rus təbəələri, rus himayəsində olanlar, rus konsulunun hüsnrəğbətini qazananlar, ingilis, amerikan konsulları, rus konsulxanası məsul işçiləri iştirak edəcəkdi.

Biz faytonu qoşdurub Nina ilə bərabər axşam saat on birdə konsulun dəvətnaməsi üzrə ziyafətə getdik. Burada yalnız konsullar deyil, bir çox İran tacirləri də iştirak edirdi, demək ki, bu zifayət Rusiya-İran münasibəti və Rusiya-İran cdostluğuə üçün bir təməl daşı qoyacaqdı.

Çar konsulu məni öz diplomat qonaqları ilə tanış etdi, bunsuz da onlar Şərqin adətini bilirdi, hətta ingilis konsulu bir təbrizli kimi €Ağa, mərhəmətiniz artıqlb deyə bir çoxlarının əlini sıxırdı.

Eyni zamanda çar konsulunun İran tacirlərinə nisbət tutduğu əlaqə və göstərdiyi saxta nəvazişlər də dəyişmişdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri