Gürcüstan
Mübarizə tarixində üstün bir ad daşıyan,Üsyan doğan bir məmləkət, inqilabçı Gürcüstan!Zülmə qarşı kəskin, dərin bir ədavət bəsləyən,Heç qorxmadan qışqıraraq «Çar rədd olsun!» səsləyən,Jandarmlar partladanlar, qələ’ələri yaranlar,Can verməklə ali, yüksək məqsədlərə varanlar.İşçilərin, kəndlilərin azadlığı yolunda,Çoxdan bəri ölməz, sönməz duyğu gördüm mən onda.Sinəsində polislərin qurşunları partlamış,Sarsılmadan ölümlərin üzərindən atlamış.Bu çarpışma işçisinə bir azadlıq vermədən,Üzərinə atılmışdı hər çıxışda bir düşmən.Lakin yenə çəkilməmiş o, məqsəddən, əməldən,Qurşunlara diz çökməmiş, sarsılmamış təməldən.Dəhşətlərin qarşısında o duyğular sönməmiş,Bir həqiqət olub qalmış, xülyalara dönməmiş.Padvallardan işçi sinfin inqilaba çağırmış,İstismarçı ünsürlərə «rədd ol» deyib bağırmış.Sürgün olmuş, məhv edilmiş, atılmışdır zindana,Ən nihayət öz varlığın tanıtdırmış hər yana.Menşeviklər ilan kimi sarılmışdı boynuna,Yeni zəncir hazırlardı o inqilab yurduna.Bir tərəfdən fransızlar, italyanlar didərdi,Hər ay başı bir cahangir dövlət gəlib-gedərdi.Zəli kimi qanın sorub qopmazdılar canından,Verməzdilər Oktyabra qoşulmağa bir imkan.Qabar əllər yenə yapdı zülmə qarşı bir üsyan,Kapitalist lakeylərin süpürmüşdür ortadan.O, məhv olmuş rəhbərlərin məzarının daşından,Düzəlmişdir məhv edilməz, təslim olmaz Gürcüstan!
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-gurcustan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gecə iş qurtarmalı idi. Mahmud xan ilə Qulusultan arasında yaradılan düşmənlik bir nəticə verməzsə, Tütünçüoğlu aldığı təlimat üzrə Mahmud xanı öldürməli idi.Mahmud xanla Qulusultan arasında çarpışmanın vücuda gələcəyi şübhəsiz idi, çünki onların hər ikisi anlaşa bilməyən dayaz və həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi.
Hacı Səməd şah?Bu günlər İngiltərə ilə Rusiya hökuməti arasında vücuda gələn ixtilaf və İran hökumətinin bu ixtilafdan istifadə ilə Azərbaycan barəsində bəzi təşəbbüslərdə bulunması, Hacı Səməd xanın həzm edə bilməyəcəyi bir vəziyyət törətmişdi. İran mərkəzi hökuməti, özünün dəyərsiz və bacarıqsız olduğuna baxmayaraq, daim İngiltərə-Rusiya siyasəti qarşı-qarşıya gəldiyi zaman, vəziyyətdən istifadə etməyi bacarırdı. Çoxdan bəri Azərbaycan ilə əlaqəsini kəsmiş və öz siyasi hakimiyyətini itirmiş mərkəzi hökumət bu günlər İngiltərə ilə Rusiya arasında törəmiş ixtilafdan istifadə ilə Rusiyanın Tehran səfiri Korostovsevə mühüm bir müxtirə vermişdi.Bu notanın mühüm bir qismi ancaq Azərbaycan məsələsinə aid idi. İran hökuməti, İran parlamanına seçkilər başlandığı və Azərbaycanın bu seçkilərdə iştirak etmək istəmədiyini göstərməklə, Rusiya siyasətinin bu cəhətlərini qəti surətdə tənqid edirdi. İran hökumətinin bu cəsarətli notası, İngiltərə hökuməti tərəfindən müdafiə olunduğunu göstərirdi. Doğrudan da, Səməd xan 1911-ci ildə iş başına gələr-gəlməz, çar diplomatlarının vadar etməsi nəticəsində mərkəzi hökumətdən əlaqəsini kəsməyə və onu tanımamağa çalışmışdı. Buna sübut olaraq, Rusiya xariciyyə naziri Sazonovun London səfiri Bekendorfa yazdığı 1914-cü il 5 may tarixli 375 nömrəli məktubunu göstərmək kifayətdir.
Diplomatların və İranın notasıMən səhər tezdən evdən çıxdım. Bu gün İngiltərə ilə Rusiya arasındakı ixtilaf kəskin bir şəkil almışdı. Bu ixtilaf diplomatlar arasında müzakirə olunduğu kimi, mətbuatın da diqqətini cəlb etməyə başlamışdı. Xüsusən İngiltərə mətbuatı, o cümlədən cTaymsş qəzeti Rusiyanın İranda başladığı azadlıq hərəkatına qarşı kampaniya açaraq 22 may və 3, 4, 5 iyul nömrəsində «İranda yenilik? sərlövhəsilə Rusiyaya qarşı müxtəlif xəbərlər yazmağa və Rusiya siyasətini tənqid etməyə başlamışdı.Bu səbəblərə görə də mən amerika, rus konsulxanalarında mövcud olan diplomatik xəbərlərlə maraqlanır və amerikalı qızın yanına tez-tez gedirdim.
Müharibə hazırlığıBizi əhatə etmiş olan dolaşıq hadisələr tamamilə tövsiyə edildi. İraida Təsvicdə istirahət edirdi. Rəfizadə bığlarının kəsilməsi və Qulusultanla Mahmud xanın ölüm xəbərini eşitməsi nəticəsində həbsə alınmasın deyə, Təbrizdən tələsik qaçıb getmişdi. Saçları kəsilmiş qaraçı fahişələri Mahmud xan və Qulusultanla əlaqədar olduqlarından Təbrizdən bir gecənin içində köçüb başqa şəhərə getmişdilər.Hacı Səməd xan bir tərəfdən iki mühüm adamını qeyb etmiş, o biri tərəfdən də istefasının qəbul olunduğunu və yerinə sərdar Rəşidin təyin edildiyi xəbərlərini eşidərək, yorğan-döşəyə düşmüşdü.
Başqa şairlərin şeirləri
Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm,Ah, qəm ləşgərinin şövq ilə sərkərdəsiyəm,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli