Hacı Səməd şah?
Bu günlər İngiltərə ilə Rusiya hökuməti arasında vücuda gələn ixtilaf və İran hökumətinin bu ixtilafdan istifadə ilə Azərbaycan barəsində bəzi təşəbbüslərdə bulunması, Hacı Səməd xanın həzm edə bilməyəcəyi bir vəziyyət törətmişdi. İran mərkəzi hökuməti, özünün dəyərsiz və bacarıqsız olduğuna baxmayaraq, daim İngiltərə-Rusiya siyasəti qarşı-qarşıya gəldiyi zaman, vəziyyətdən istifadə etməyi bacarırdı. Çoxdan bəri Azərbaycan ilə əlaqəsini kəsmiş və öz siyasi hakimiyyətini itirmiş mərkəzi hökumət bu günlər İngiltərə ilə Rusiya arasında törəmiş ixtilafdan istifadə ilə Rusiyanın Tehran səfiri Korostovsevə mühüm bir müxtirə vermişdi.
Bu notanın mühüm bir qismi ancaq Azərbaycan məsələsinə aid idi. İran hökuməti, İran parlamanına seçkilər başlandığı və Azərbaycanın bu seçkilərdə iştirak etmək istəmədiyini göstərməklə, Rusiya siyasətinin bu cəhətlərini qəti surətdə tənqid edirdi. İran hökumətinin bu cəsarətli notası, İngiltərə hökuməti tərəfindən müdafiə olunduğunu göstərirdi. Doğrudan da, Səməd xan 1911-ci ildə iş başına gələr-gəlməz, çar diplomatlarının vadar etməsi nəticəsində mərkəzi hökumətdən əlaqəsini kəsməyə və onu tanımamağa çalışmışdı. Buna sübut olaraq, Rusiya xariciyyə naziri Sazonovun London səfiri Bekendorfa yazdığı 1914-cü il 5 may tarixli 375 nömrəli məktubunu göstərmək kifayətdir.
Sazonov öz gizli məktubunda, İngiltərə ilə Rusiya arasında bağlanmış 1907-ci il müqavilənaməsinə yenidən baxılması lüzumunu göstərdikdən sonra İranda aparılmaqda olan çar siyasətindən bəhs edərək yazır:
Şübhəsizdir ki, biz İran məsələsində ingilislərdən bir çox istifadələrdə buluna bilərik. Məsələn, ingilislər bizim İran Azərbaycanını tamamilə İrandan ayırmaq, Gilan, Mazandaran və Astarabad tərəflərini əlavə etməklə muxtar bir məmləkət halına gətirmək və Səməd xanı ömürlük olaraq bu hökumətin başına qoymaq siyasətimizə maneçilik törətməmək üçün bizə söz verə bilərdilərə.
Sazonovun bu məktubu Rusiya səfiri Korostovsev və Təbriz konsuu Örlovun kəlməbaşı: dBiz İranın daxili işlərinə müdaxilə etmir və onun stiqlaliyyətinin müdafiəçisiyikə sözlərinin mənasını aydınlaşdırırdı.
Sonra Sazonov London səfirinə yazdığı məktubunda €Transversə) dəmiryolu imtiyazını İrandan almaq üçün İngiltərənin razılığını ildə etmək və İranda olan kazak briqadasını miqdarca qüvvətləndirnək tələbində bulunmağı təklif edirdi.
Lakin Sazonov kimi onun Azərbaycan muxtar ölkəsi başına qoacağı Hacı Səməd xan da, öz düşüncələrinin səmərəsiz və nəticəsiz alacağını anlamamış deyildi.
Mart ayının 7-də, yəni Sazonov London səfirinə məktub yazanan iki gün sonra Rusiyanın London səfiri Bekendorfun Sazonova öndərdiyi 62 nömrəli teleqramında İngiltərə xariciyyə naziri Qrey ə olan müsahibəsini yazırdı:
€Qrey həyəcanla Azərbaycanda olan hadisələri mənə danışdı. Şücaüddövlənin istefası və onun mərkəzdən tamamilə ayrılmaq üçün Rusiyaya müraciət etmək istədiyini dedi. Mənsə bu barədə Qreyə:
– Bu işdən heç də xəbərim yoxdur! – dediməp.
Nəhayət, İngiltərə ilə Rusiya arasında mövcud olan ixtilaf İran hökumətinin Rusiya hökumətinə verdiyi 9 mart notasına yol açdı.
Bu gün axşam saat doqquzda Nina konsulxanadan əldə etdiyi İran müxtirəsinin surətini gətirdi.
İran xariciyyə nazirinin Rusiyanın Tehran səfiri Korostovsevə verdiyi notasında kazak briqadası məsələsindən bəhs edərək yazırdı:
«Açıq demək lazımdır ki, kazak briqadası İran hökumətinin ümidlərini boşa çıxartdı.
İran hökuməti daim kazak briqadasına bir vəzifə həvalə etdikdə o, yüz cür bəhanələrlə bu vəzifənin ifasından boyun qaçırdı. Kazak briqadası smeta üzrə aldığı paraların da lazımi idarəyə haqq-hesabını verməkdən boyun qaçıraraq, nəzarəti rədd etməkdədir.
Bütün yuxarıdan bəri söylənənləri və İranın maliyyə zəifliyini nəzərə alaraq İran hökuməti heç bir vəchlə kazak briqadasının sayca artırılmasına razı ola bilməzə.
Bundan sonra İran müxtərisində 1907-ci il müqavilənaməsi əleyhinə olaraq Rusiyanın, İran istiqlaliyyətini pozduğu dəxi qeyd edilirdi.
Tütünçüoğlu, Həsənağa, Təhminə xanımın qızları Sənubər və Töhfə xanımlar, Ninanın siyasi dərnəyində iştirak edən daha bir neçələri, bizim Nina ilə bu söhbətimizi dinləyirdi. Əvvəlcə Nina sual verdi:
– Doğrudanmı İngiltərə ilə Rusiya arasında mövcud olan 1907-ci il müqavilənaməsi İranın istiqlaliyyətini təmin edir?
İkinci sualı Həsənağa verdi:
– İngiltərə ilə Rusiya arasındakı ixtilafın səbəbi nədir?
Üçüncü sualı Sənubər xanım verərək:
– Əcəba, İranda İngiltərə və Rusiyadan başqa ayrı dövlətlərin mənafeyi yoxdurmu? - dedi.
Mən gülərək dedim:
– Demək ki, bu gecə sizin siyasi dərəyiniz məni siyasi savaddan imtahan edir.
Nina:
– Bəli, belədi ki, var, – dedi, – sənin xasiyyətindir, daim bir sual verdikdə, boyun qaçırmaq istərsən. Lakin indi boyun qaçıra bilməzsən, çünki 1907-ci il müqavilənaməsini öyrənmək üçün burada oturanların hamısı maraqlanır. Suallara cavab verməyincə, səni buradan buraxası deyilik.
Mən:
– Çox gözəl, – dedim, – sualların hamısı biri digəri ilə əlaqədardır. Hamısına bir yerdə cavab verəcəyəm. XX əsrin başlanğıcında, beynəlxalq vəziyyət, Rusiya ilə İngiltərə arasında mövcud olan bir çox ixtilaflı məsələlərin həll edilməsilə bərabər, İran məsələsinin də həll edilməsini irəli sürürdü. Bir ildən çox çəkmiş olan müzakirələr nəticəsində, nəhayət, 1907-ci il 31 avqustda İngiltərə ilə Rusiya arasında İran məsələlərinə dair saziş yarandı. Bu müqavilənamə ilə yalnız İran məsələləri deyil, eyni zamanda Tibet və Əfqanıstan məsələlərində də mövcud olan ixtilaflı cəhətlər həll edilmiş olurdu. Müqavilənamənin İrana aid giriş cümlələrində Böyük Britanıya kimi Rusiya dövləti də təntənəli sözlərlə İran istiqlaliyyətinə hörmət bəsləyəcəyini öhdəsinə götürürdü. Yuxarıda göstərilən bu təntənəli və gurultulu cümlələrə baxmayaraq, müqavilənamənin bütün maddələri, İranın istiqlaliyyətini təmin etmək deyil, əksinə, İranın bu iki hökumət arasında təqsim olunduğunu və ölkənin müstəmləkə halına düşdüyünü isbat edirdi.
1907-ci il 31 avqust müqavilənaməsilə İran üç hissəyə, daha doğrusu, iki nüfuz məntəqəsinə ayrıldı. Şimal-şərq tərəfləri Rusiyanın, cənub ölkələri isə İngiltərənin siyasi və iqtisadi nüfuz mənəqəsi oldu. Bu iki hökumətdən biri o birinin nüfuz məntəqəsində yeç bir imtiyaz götürmək və yaxud siyasi bir təşəbbüsdə bulunmaq əlahiyyətinə malik deyildir.
Cənubla şimal arasında olan mərkəzi vilayətlər isə bitərəf adanır ki, İranın bu üçüncü hissəsi dəxi İran hökumətinin müstəqil öləsi sayılmaq imkanına malik deyildir. Bu bitərəf məntəqədə, yəni nərkəzi vilayətlərdə, müqavilənamə bağlamış iki hökumətdən biri mtiyaz götürmək, yainki siyasi müdaxilədə bulunmaq istərsə, o biinin razılığını əldə etməyə məcburdur.
Bir sözlə, bu müqavilə İran məsələsində sazişə girmiş olan İniltərə və Rusiya hökumətlərinin nüfuz məntəqələrində müstəmkə planlarını həyata keçirmək üçün meydana çıxan bütün ixtilafları həll etmişdi, çünki bu bağlaşma onlardan hər birisinə azad və maneəsiz qarət etmək, İrandan öz payını götürmək imkanını vermişdi.
Bitərəf məntəqəyə gəldikdə, müqavilə bağlamış hər iki dövlət, burada müştərək qarət və müştərək istifadə səlahiyyətinə malikdir. 1907-ci il müqavilənaməsi Rusiya və İngiltərə kapitalistlərinin boynuna qəti bir məcburiyyət də qoymuşdur, onlar hər nə cür olur-olsun İranda baş qaldıran inqilab hərəkatını boğmalı idilər.
Gördüyünüz kimi, İngiltərə və Rusiya hökumətləri bağlaşmaya sadiq qalaraq İran demokratlarının inqilabını qan selləri içərisində boğmağa çalışdı və yenə də çalışmaqdadır. Rusiya ilə İngiltərə İrandakı inqilabı boğmaq işində vahid cəbhə təşkili ilə əməkdaşlıq edə bilərlər, lakin onlar mərkəzi vilayətlər, yəni bitərəf məntəqə ətrafında razılaşa bilmirlər. Bu ziddiyyətlər hazırda daha kəskindir.
Hazırda Rusiya ilə İngiltərə arasındakı mübarizənin başlıca səbəblərindən birisi, cTranspersp dəmiryolunu çəkmək məsələsidir. Rusiya hökumətinin çəkmək istədiyi bu dəmiryolu İngiltərə hökumətinin həm iqtisadi, həm də siyasi mənafeyini sarsıtmış olur. İngiltərə hökumətinin fikrincə, Rusiyanın bu yolu çəkməsi, İranda hökm sürən Rusiya və İngiltərə qüvvələrinin müvazinətini pozur, eyni zamanda Hindistanı da Rusiyanın təhdidi altında qoyur. Rusiyanın bu təşəbbüsünü İngiltərə 1907-ci il sazişi əleyhinə çevrilmiş bir çıxış hesab edərək, etiraz edir. Digər tərəfdən də İngiltərə tərəfindən meydana atılan, cTranspers) dəmiryolu və bu yolun axırının Bəndərabbasla birləşməsi proyektini Rusiya hökuməti qətiyyən qəbul eləmir.
Mövcud olan ixtilaflardan birisi də, ticarət işlərindəki rəqabətdir və bu rəqabət bir paralarının zənn etdiyi kimi cüzi deyildir.
Bununla belə, Rusiya və İngiltərə kapitalistləri öz aralarında mövcud olan ixtilafa baxmayaraq, İran ticarət bazarlarında zühur edən ümumi düşmənə qarşı da vahid cəbhə düzəldə bilirlər.
Mən bu barədə dəxi bir çox dəlil və sübutlar gətirdikdən sonra Almaniya kapitalının İrana soxulmasından, Almaniya ilə Rusiya, İngiltərə arasında Yaxın Şərqdə böyük ixtilaflar törəyəcəyindən və bu ixtilafların da müdhiş bir müharibə ilə nəticələnəcəyindən danışaraq dedim:
– Almaniya kapitalının İrana soxulması Şimali İrandakı Rusiya mənafeyini nə qədər sarsıdırsa, bir o qədər də üç ildən sonra bitəcək olan Bağdad dəmiryolu ilə İngiltərənin Şərqdə iqtisadi və siyasi mövqeyini sarsıtmış olacaqdır.
Söhbətimiz olduqca uzun çəkdi. Təhminə xanımın qızları getmək istədiklərindən, 1907-ci il müqavilənaməsi söhbətinin qalanını başqa bir vaxta buraxdıq.
Tütünçüoğlu və Həsənağa ilə birlikdə Nina ilə vidalaşaraq qızları da götürüb çıxdıq.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-haci-semed-sah
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dördüncü gün Atabəy Məhəmməd Nizami ilə Məhsəti xanımı və həqiqi Azərbaycan nümayəndələrini qəbul edəcəkdi. Atabəy verilən ərizələrlə məşğul olduğu üçün rəsmi qəbul vaxtı iki saat təxirə salınmış və bu barədə nümayəndələrə xəbər verilmişdi. Saat 11-də Atabəy qəbul salonunda göründü, yığılmış nümayəndələri gözdən keçirib salamladı və Əmirə müraciətlə:– Torpaq üstündə şikayət verənlər burada hazır deyilsə, hazır edilmələrinə əmr verin.
Son çarəƏmirin son çarəsi əvvəlcə düşündüyü məsələdən ibarət idi. O, ifşa edilmişdi. O, hökumətdə qalmaq üçün nə qədər düşünürdüsə də özündə müsbət bir tərəf görə bilmirdi. Onun xalq şikayətinə yol verməmək tədbirləri, Atabəyə mədhnamə yazdırması tamamilə əks nəticə verəndən sonra qadınını yanına çağırıb çox qəmgin bir halda dedi:– Ata-babaların sözüdür: “Yaxşı şeyi yaman gün üçün saxlarlar”. Çox yerində deyilmiş sözlərdir. Sən qızın özünə də tapşır, bir daha bunun kimi əlverişli fürsət heç kəsin əlinə düşməz. O ki qaldı atan xəlifəyə, o da çox qocadır. Onun da başını dəmirə tutmayıblar. O, dünya durduqca yaşamağı bacarmayacaqdır. Buna görə də biz arxamızı daha möhkəm, daha yıxılmaz bir sütuna söykəməliyik. Hökuməti əlinə alan və təzə xanədan təşkil edən Eldənizlərin məhv olması bu gün və ya sabahın işi deyil, onlar hələ çox zaman yaşaya biləcəkdir. Biz mühüm bir cəhəti də nəzərdə tutmalıyıq, qızımız Qətibənin gələcəyi haqqında düşünməliyik. Nə qədər ki, xəlifə ölməmişdir, o, qiymətli və əzəmətli bir qız kimi yaşayacaqdır. Xəlifə öləndən sonra isə işlər tamamilə dəyişəcəkdir. Gözəllik, nəcib bir xasiyyətə bağlı olmadan heç bir iş görə bilməz. Sən bilirsən ki, Bağdadda köhnə xəlifələrin minlərcə cariyələrdən minlərcə qızları və nəvələri vardır. Onlar hamısı da vaxtında xəlifə nəvəsi kimi şöhrət tapmışdılar. Lakin xəlifələr öləndən sonra kölələr, qatırçılar və sairələrlə yaşamağa məcbur oldular. Biz də fürsəti əlimizdən buraxsaq, qızımız haman qızların tayı olub qalacaqdır.
Atabəylə birinci görüşAtabəy yarım saatdan bəri tək-tənha oturub Qətibəni gözləyirdi. Birinci görüşün intizarı Atabəy üçün bir müharibənin qələbəsini əldə etməkdən də ağır idi. Qətibə Atabəyin görüşünə həddindən artıq bir təxirlə gəldi.Nəhayət, Qətibə gözəl kənizlər və cariyələrin müşayiətilə daxil olub böyük salonun ortasında dayandı. Atabəy bu dayanışın mənasını dərhal anladı, o bildi ki, gözəl qız böyük bir məmləkətin hökmdarını öz ayağına gətirmək istəyir.
ToyAtabəyin Qətibəyə evlənməsi məmləkətin hər tərəfinə xəbər verilmişdi. Buna görə də bu şənliyi təbrik etmək və toy ziyafətində iştirak eləmək üçün hər tərəfdən nümayəndələr gəlmişdi. Birinci heyət Soltan Toğrulun tərəfindən gəlmişdi. Atabəyin özü isə Qızıl Arslandan heyət gözləyirdi. Qızıl Arslanın nə təbrik məktubu, nə də heyət göndərməməsindən kədərlənir və düşünürdü. O, Qızıl Arslanın bu izdivacdan razı qalmayaraq toya düşmən gözü ilə baxmasından qorxurdu. Çünki Qızıl Arslan məmləkətin idarəsi işində Toğrul kimi laqeyd deyildi. O, hansı məmləkəti idarə edərsə, orada asayiş və intizam olmalı idi.Qızıl Arslanın etinasızlığından Atabəy Məhəmməd nə qədər kədərlənirsə, onun gənc mələkəsi Qətibə bir o qədər sevinirdi. Çünki Qətibə Nizami ilə dostluq əlaqəsi bəsləyən bu hökmdarı görmək istəmirdi. Qətibə, bu ixtilaf nəticəsində Qızıl Arslanın Azərbaycan hökumətindən götürüləcəyi və bununla da atasının Şimali Azərbaycan hökumətində yaşaya biləcəyini zənn edirdi. Bunun üçün Qətibə daima Atabəy Məhəmmədi gördüyü zaman deyirdi:
Başqa şairlərin şeirləri
Dünya bərqərar olandan bəri ulu insan*adına ləkə gətirənlər və kölgə salanlara*
YağışYağış gəlir yağa-yağa,Ya rəb, yağa bizim bağa,
Qarabağlı Mehdi bəyə yazdığı müfəssəl həcvdən bir neçə parçaBunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma
OnaMunda kim var deyim yari-vəfadarım ona,Çəkibən xəlvətə bir sir açım əsrarım ona,