Dünya bərqərar olandan bəri ulu insanadına ləkə gətirənlər və kölgə salanlarasonsuz nifrətlə

İnsan, səndə insanlıqdan nə qaldı ki,Quru adın, quru canın, quru qafan…O yerəcən kiçildin ki, alçaldın ki,Daha sənə şəkk eləyir meymun baban…

Öz əlinlə tikələdin öz-özünü,Çox-çox ülvü dəyərlərin talan oldu…Vaxt var idi bəzəyirdin yer üzünü,Axır o da heçə döndü, yalan oldu…

Laqeyidləşdin ölənlərə, itənlərə,Fitnələrə, qana,şərə vərdiş etdin…Nalələrə,fəryadlara, sitəmlərə,Qara-qara əməllərə vərdiş etdin…

Vəhşiliyə yaxınlaşdın addım-addım,Qılınc ilə, nizə ilə fəxr elədin…Say-hesabsız savaşları sən yaratdın,Neytronlar, hidrogenlər kəşf elədin…

Cani oldun, cəllad oldun, şeytan oldun,Sən düzəltdin hər cür fitnə-fəsadı, sən…Heç bilmirəm daha nəyin insan oldu,Hansı haqla daşıyırsan bu adı sən?...

Bəşəriyyət parçalandı millətlərə,Sən ayırdın dinə görə, irqə görə…Parçalandı dövlətlərə, sərhədlərə,Bax o haqsız,o amansız fərqə görə…

Heç bundan da ağır günah olarmı de,Çəkişmələr səngiməyir o zamandan.O zamandan bəşər olub doğma, ögey,Bir-birinin ətin yeyir o zamandan…

Yer kürəsi cadar-cadar, çilik-çilik,O zamandan qanlar axır gündə-gündə…O zamandan başlanıbdır bədbəxtçilik,Göy üzündə, yer altında, yer üstündə…

Niyə məni insan doğdun, axı, anam,Bu heyrətli cəhənnəmə qoydum qədəm?...Daş doğsaydın yaxşı idi vallahı, anam,Düzü insan olmağıma xəcalətəm…

Dərdlər bitmir ömür sona çatanda da,O yanda da ağlayırlar hönkür-hönkür,Demə, ayrı-seçkilik var o yanda da,Bəlkə bəniadam olub inkir-minkir…

İnsan, səndə insanlıqdan nə qaldı ki?...Nə ki, yaxşı şeyin vardı itirmisən…Görə-görə, baxa-baxa bir kor təki,Nəyin yoxdu, nəyin vardı itirmisən…

Şahlıq quşu, taxtı-tacın itib sənin,Dağlar boyda güc-qüvvəni itirmisən…Ən amansız faciəndə odur sənin,Ki, insanlıq vəzifəni itirmisən…

Hayıf sənə, bir də, bir də hayıf,hayıf,İtirmisən çox-çox ulu şakərini.Ya təzədən meymuna dön kökə qayıt,Ya da ki, bəd əməllərdən çək əlini…

1995.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri