Gecikmiş məhəbbət mahnısı
Sən gizli gəlmisən ömrümə, inan,Bu gizli eşq ilə yaşayacağam.Dünyanın ən ağır yükü sayılan,Gecikmiş məhəbbət daşıyacağam.Sən mənim ömrümdə açan çiçəksən,Onu ürəyimdə bəsləyəcəyəm.Sən məni heç zaman görməyəcəksən,Mən səni hər zaman gözləyəcəyəm.Uzaqdan göz qoyub gözünə sənin,Sanki görəcəyəm Allahımı mən.Düşüb qarış-qarış izinə sənin,Əzbərləyəcəyəm yollarını mən.Səni zərrə-zərrə kəşf edəcəyəm,Səni milyon kərə kəşf edəcəyəm,Hər günü adınla başlayacağam,Hər günü adınla bitirəcəyəm.Səni röyalarda oxşayacağam,Səni xəyallarda itirəcəyəm.
Sən məni heç zaman duymayacaqsan,Mən bütün ömrünü izləyəcəyəm.Sən mənə məhəl də qoymayacaqsan,Mən səni həmişə səsləyəcəyəm,Hər gün mənim üçün doğulacaqsan,Hər gün mənim üçün yox olacaqsan.Mənim sevincim də sən olacaqsan,Mənim kədərim də sən olacaqsan.Mən sənin adını hər saat, hər an,Qəlbimdə məktublar yollayacağam.Sən heç vaxt fikrimdən çıxmayacaqsan,Mən heç vaxt yadında qalmayacağam.Belə həsrətlə qocalacağam,Belə enəcəyəm, ucalacaqam.Keçib bir alovdan, keçib hər oddan,Böyük əzabından şad olacağam,Sən mənə həyatda ən doğma adam,Mən sənə yaddan da yad olacağam.Sən ömr edəcəksən ayrı adamla,Mən kiməm, nəçiyəm, bilməyəcəksən.Bir gün bu dünyadan sənin adınlaKöçüb gedəcəyəm bilməyəcəksən.
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-gecikmis-mehebbet-mahnisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zaman-zaman yığdığımızTalan oldu birdən-birə,
Öz doğma yurdunda qaçqınlarYurd-yuva həsrəti çəkirlərÖz ana yurdunda qaçqınlar.
Həkim dostum, elə demə…Qan təzyiqim qalxır hər gün,Qan təzyiqim…
Hərbin əsil faciəli qəhrəmanı analardır…Ən birinci anaları didir, yeyir müharibə,Ən birinci analara dəyir onun güllələri…