Çox irəli yüyürdülər,Yenə ilkə qayıtdılar.Keçmişləri devirdilər,Yenə ilkə qayıtdılar…

Çağırdılar hürriyyəti,Çağırdılar, o gəlmədi,Yenə dünya düzəlmədi,Ha milləti oyatdılar…

Dil tökdülər kütlələrə,Baş tutmadı fitnələri.Tünük moda mütiləri,Qalın kürkə qayıtdılar…

Küçələrə töküldülər,Qabardılar, çəkildilər,Çox-çox təzə fikirlər,Köhnə fikrə qayıtdılar…

Bir vaxt qaçan ibadətdən,Din-imandan şəriətdən,Məhəmmədi ziyarətdən,Cərgə-cərgə qayıtdılar…

Şimal ilə dostlaşanlar,Cənub ilə pisləşənlər,Zaman-zaman ruslaşanlar,İndi türkə qayıtdılar…

Dəyişdilər sözlərini,İtirdilər izlərini,Ha dandılar özlərini.Axı kökə qayıtdılar…

1993.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri