Məni tonqalda yandırın…
Nəyimiz var alt-üst oldu,Bu boyda millət xar oldu.Bütün yaxşılar pis oldu,Ümidlər tarı-mar oldu.
Həyat baha, ölüm ucuz,Qarı düşmən vəhşi, quduz,Qeyrətimiz, namusumuz,Tapdandı, payimal oldu…
Bu torpağı addım-addım,Öz satqınlarımız satdı,Çoxu da «ağ günə» çatdı,Sahibi-iqtidar oldu…
Xalqım yurd-yuvasız qaçaq,Şuşam yad əllərdə dustaq,Ondan sonra papaq qoymaq,Hər bir erkəyə ar olsun…
Qəddim əyri, üzüm qara,Məmləkətim para-paraBu davadan bizə qalan,Min-min nakam məzar oldu
Əqidədən döndü hamı,
Baş girləyir indi hamı,İçəridən sındı hamı,Bu ən müşkül azar oldu…
Möhtəkirlər ordu-ordu,Alverçilər tutub yurdu,Dükanlardan qala qurduq,Azərbaycan bazar oldu…
böyükAllah, dahiAllah,dözmək olmur daha,allah,şəhid oldu ideallar,ta dollar ideal oldu…
nə sirdir məni qandırın,məni tonqalda yandırın,qoy vətən laləzar olsun…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-meni-tonqalda-yandirin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Sən vətəndən sarı qəlbin döyünürsə, maralım!Vətənin də maralından sarı qəlbi döyünür.
Səhəndə məktubSəhənd, sözlərindən odlar töküldü,Oxuduq şeirini göz yaşlarıyla.
Bir günKönül, gəl əl götür bu qəm-qüssədən,Sənin də yurdunda toy olar bir gün!
VətənKalvayı Məhəmməd ağa, gördü düşüb dara vətən,Kömək yoxdu, arxa yoxdu, qalıb baxtı qara vətən,