Ay qızım
Sevdiyin aldadıb səni, gözündə yaşdı,Ay qızım,Bahar ömründə bu sənin ilk aldanışdı,Ay qızım…Sənin kimi zərif kəsin, ürəyi çox tünlük olar,İlk eşqinin özülləri dönük çıxıb,çürük olub.Bu aldanış gərək sənə bir dərs ola, bir görk ola,Bir qəlbdə yazdı, ay qızım,bir qəlbdə qışdı,Ay qızım,Həyata gəlməyin özü bir aldanışdı,Ay qızım…Tutulma çox, səbr elə, igidlər, ərlər aldanır,Ağıllı başlar aldanır, böyük hünərlər aldanır,Amma ki, hamıdan çox yazıq şairlər aldanır.Bu aldanışların çoxu mənə tanış,Ay qızım,Həyata gəlməyin özü bir aldanışdı,Ay qızım…Sevən ürəklərin çoxu bir şirin dilə aldanır,Amma əsl ağıllılar bir yol, bir kərə aldanır.Yaxşı bir cürə aldanır, yaman bir cürə aldanır,Yalan satanların, inan, ürəyi daşdı,Ay qızım…Həyata gəlməyin özü bir aldanışdı,Ay qızım…Yalançılıq bu dünyanı başdan-başa tutub gedir,Çoxlarının ürəyində ümid, inam itib gedir,İnamsızda yer kürəsi gözlərindən batıb gedir,Bu aldadır, o aldadır, sanki yarışdır,
Ay qızım,Həyata gəlməyin özü bir aldanışdı,Ay qızım…Zaman-zaman çox aldanıb bizim məmləkətin özü,Bu boyda ölkənin özü, bu boyda millətin özü,İblis donunda çox gəlib bizə hürriyyətin özü,Onunçun da sənin yurdun bu günə düşdü,Ay qızım,Həyata gəlməyin özü bir aldanışdı,Ay qızım…Təbiət yalan bilməyir,heyvanlar yalan bilməyir,Allahlar yalan bilməyir, quranlar yalan bilməyir,Hətta dilləri zəhərli ilanlar yalan bilməyir,Harda insan, harda bəşər, orda yalan başdı,Ay qızım,Həyata gəlməyin özü bir aldanışdı,Ay qızım…
1996.
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-ay-qizim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Göyləri odlayır analar ahı…Allahda götürməz bu ahı, Allah…
Azərbaycan dərdiBu gün bircə dərdimiz var-Vətən dərdi…Hamımızı oda yaxar-Vətən dərdi…
Yarış var ha, yarış var…Çimir məmləkətimiz,Bir amansız yarışda…
Qorudun, sənindirVətəni qorudun, sənindir,Qorumadın,özgənindir…