Hacı Səməd xanın sağ əli və sol əli
Bu gecə iş qurtarmalı idi. Mahmud xan ilə Qulusultan arasında yaradılan düşmənlik bir nəticə verməzsə, Tütünçüoğlu aldığı təlimat üzrə Mahmud xanı öldürməli idi.
Mahmud xanla Qulusultan arasında çarpışmanın vücuda gələcəyi şübhəsiz idi, çünki onların hər ikisi anlaşa bilməyən dayaz və həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi.
Bunların çarpışması nəticəsində ikisindən birisi tələf olacaq, digəri isə həbsə alınacaq idi. Buna baxmayaraq, Tütünçüoğlu da öz hazırlığını görərək, səhərdən bəri Mahmud xanı təqib edirdi. Tütünçüoğlunun mənə verdiyi məlumata görə o gündüz saat ikidə Sürxab məhəlləsində bulunduğu vaxt Mahmud xanın bir nökəri ilə bərabər Nizamüddövlə bağına getdiyini görüb onu təqibə başlar.
Fayton bağın qapısında uzun zaman durur, qapı bağlı imiş, qapıçı heç bir kimsəni içəri buraxmırmış.
– Həzrət Əşrəf xəstədir, içəriyə adam buraxılmaması mənə əmr olunmuşdur, – deyir.
Mahmud xan:
– O əmr mənim üçün deyil, – cavabını verir, qapıçı yenə də:
– Ağa, sənin başına dönüm, mən nəçiyəm ki, mən sənin əskik bir itin yerindəyəm. Mənə belə əmr ediblər.
– Bu əmri sənə hansı köpəkoğlu verib? Sənə hansı zənqəhbə tapşırıb?..
– Sarı Ağabala xan.
– Get onu bura çağır.
Qapıçı özü getmir, yanındakılardan birisinə:
– Get onu bura çağır. Mən nə köpəkoğluyam ki, Mahmud xan kimi bir adamın üzünə qapı bağlayam. Zəhər olsun bu məmuriyyət, adamı hörmətli ağaların yanında xəcalət qoyur, – deyər.
Sarı Ağabala xan gəlib Mahmud xana təzim edər.
Mahmud xan acıqlı bir surətdə onu sual verər:
– Balam, nə olubdur ki, səhərdən bəri bu qapını xalqın üzünə oağlamısınız?
Sarı Ağabala xan çox ehtiyatla cavab verər:
– Əlbəttə, qapının bağlanması sizin üçün deyildir, ümumi bir şdir, çünki həzrət Əşrəf özünü xeyli narahat hiss edir, həkimlərdən aşqa heç bir kəsi evə buraxmamağı özü şəxsən əmr buyurmuşdur.
– Qulusultan bura gəlmişdimi?
Bəli, cənab Mahmud xan, gəlmişdi.
– Həzrət Əşrəf onu yanına qəbul etdi, ya yox?
– Bəli, qəbul etdi, çünki vacib bir işdən ötrü gəlmişdi. Məktub yazıb verdi. Həzrət Əşrəf məktubu oxuyandan sonra onu hüzuruna qəbul elədi. Hərgah vacib işiniz vardırsa, siz də məktub yazın. Mən də həzrət Əşrəfə xəbər verərəm.
– Lazım deyil, Qulusultan kimi biqeyrət içəri girən qapıdan Mahmud xan kimi namuslu adamların girməsi ayıbdır. Çox yaxşı, qoy belə olsun!
Mahmud xan bunu dedikdən sonra faytona oturub faytonçuya qışqıraraq:
– Sür Sona bacının meyxanasınal – deyər.
Tütünçüoğlu da onu təqib edər, bir neçə saat Sona bacının meyxanası qarşısında durub Mahmud xanın buradan çıxmasını gözləyər. Nəhayət, o, kefli halda meyxanadan çıxıb faytona əyləşər və yenə də faytonçuya:
– Sür, yaxşı sür, haman urus qızının qapısına, – deyər.
Faytonçu hansı rus qızını dediyini anlamadığından:
– Hansı urus qızının qapısına buyurursunuz? – deyib soruşar.
– Sür, sür hamam qapıya. Sarısaçlı qızın, konsulxanadakı qızın qapısına.
Faytonçu:
– Bəli ağa, bildim, – deyə faytonu sürətlə sürər. Tütünçüoğlu da Balaqurbanın faytonuna əyləşib onu təqib edər. Balaqurban vaxt ikən təlimat almışdı, lazım gəldiyi vaxt Tütünçüoğluna silahla da yardım göstərəcək və onu aradan çıxaracaq idi.
Mahmud xan bərk sərxoş olduğu halda gah:
– Gədə, tiftək, yavaş sür! – deyib faytonu yavaşıdır, sonra da faytonçuya acıqlanıb sürətlə sürməsini tələb edirmiş...
Nədənsə faytonçu onu tünnük küçələrlə deyil, dolanbac, boş küçələrlə aparır ki, bununla da yolun uzaqlaşmasına səbəb olur.
Mahmud xan Bina təxəllüslü şairin Ninaya yazdığı şeiri çıxarıb kağız üzərində oxuyurmuş:
Ey doxtəri-rus, can bərto məxsus
Rəhmi nədari, əfsus, əfsus.
Təbrizyanra, qurbani ru kon,
Əz xuni-aşiq, cana vizo kon,
Bər kuyət ayəm, cizi nədarən
Təbrizyanra, qurban bərarən..."
Fayton Ninanın qapısında dayanır. Mahmud xan mızıldayamızıldaya fontondan düşüb Ninanın qapısına yanaşır və öz qapısı kimi döyməyə başlayır. Bu vaxt Tütünçüoğlu təbii halından çıxır və mauzeri çıxarıb Mahmud xanla hasablaşmaq xəyalına düşür.
Balaqurban ayıqlıqla:
– Əsəd, bizə bu icazə verilməmişdir. Əlini saxla, – dedikdə, Tütünçüoğlu yerində oturur və:
– Eybi yoxdur, qoy gecəyə qalsın, – deyərək əlini mauzerdən çəkir. Təhminə xanım qapının dalından:
– Qapı döyən kimdir? – dedikdə Mahmud xan cavab verir:
– Özgəsi deyil, özüməm, Mahmud xandır! Hacı Şücaüddövlənin əmisi oğlu.
– Hər kəs olursa-olsun, qapını aça bilmərəm, xanım xəstədir, – deyir.
– Mənim dilimcə xanımın kefini soruşur, – deyərək Mahmud xan dönüb faytona oturur.
Tütünçüoğlu Mahmud xanı evinə qədər təqib edər, lakin qapıdan o qədər də uzaqlaşmaz, yenə də onun dışarı çıxmasının intizarında olur. Balaqurban isə atları yemləmək üçün evə qayıdır. İntizar gecə saat ona qədər davam edir. Nədənsə bu gecə Mahmud xan çox təxirlə dişarı çıxır. Bu gecə Mahmud xan özü ilə bərabər üç nəfər də silahlı nökər götürür. Halbuki o, bəzən bir nəfər götürmədən belə faytona oturub şəhərə çıxardı. Tütünçüoğlunun işi qismən çətinləşir. 3, Mahmud xanı vura bilsə belə, üç nəfər silahlı nökərin əlindən ”axasını qurtara bilməyəcəkdi. O, ya öləcək, yainki tutulacaqdı. Bunarın hər iki qorxulu idi, çünki Tütünçüoğlunun mənimlə əlaqədar olluğunu həm sərdar Rəşid, həm də Hacı Səməd xan çox gözəlcəsinə ilirdi. Onun tutulması bütün sirlərin üzərindəki pərdəni yırtacaq idi.
Buna baxmayaraq, Tütünçüoğlu ruhdan düşmür. O, cibindəki iki içik bombanın vasitəsilə qurtaracağına əmin olur. Təbrizin dar iöngələrində bomba ataraq gizlənmək ümidləri Tütünçüoğlunun uhdan düşməməsinə səbəb olur. O, gah irəli keçir, gah da geridə qalaraq Mahmud xanı təqib edir, əlverişli bir mövqe tutmaq üçün onları izləməkdə olur.
Onları Səfi bazarçasına qədər təqib edər. Bura ən əlverişli bir yermiş. Tütünçüoğlu özünü divarın tini dalına verərək, bombanı çıxardır, əlini qaldırıb atmaq istərkən qarşı tərəfdən beş nəfər silahlı adamın gəldiyini görür, bombanı cibinə ötürür və hər bir ehtimala qarşı özünü ələ verməmək üçün geri qayıdır.
Bir az keçmədən Mahmud xanın səsi eşidilir:
– Qurumsaq, silahını çıxar, qoy camaat deməsin ki, Mahmud xan Qulusultanı qəfildən vurdu. Alçaq , tülküdən qorxaq biqeyrət. Təbriz bu gecədən etibarən, ya mənə qalmalıdır, yainki Qulusultana. Çıxar silahını, qəhbə!
Bu sözdən sonra yalnız qurşun səsləri eşidilir.
Tütünçüoğlu üstündəki silahlarını onsuz da çox yaxında olan evinə qoyub hadisə məhlinə qayıtdıqda Səfi bazarçasına hər tərəfdən yüzlərcə adam toplanıb cürbəcür sözlər danışırmış. Darğa Həsən əmi və onun darğa şəyirdləri hər tərəfdən üz tutub hadisə yerinə yüyürməkdə imiş. Qulusultanla Mahmud xanın meyidlərini isə nərdivan üstünə qoyub evlərinə apardıqda, camaat bunların haqqında belə deyirmiş:
– Bunların bir Səməd xanın sağ əli, o biri sol əli idi.
– Bunları inqilabçılar vurdu!
– Kişi, əl çəkmirlər dəl
– Səməd xanın beli büküldü!
Rus kazakları hadisə məhəllinə gəlincəyə qədər camaatın danişıqları davam edirmiş.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-haci-semed-xanin-sag-eli-ve-sol-eli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zurnasın molla Qəni köklədi saz etdi yenə,Çaldığı nəğməsini dur diraz etdi yenə.
Dükançının müştəri ilə hekayətiBu sirr komunxozdamı, baqqaldamı yoxsa?Ya inki dəmir yoldamı, ya maldamı yoxsa?
Şeyxin bir mö’cizəsinə ithafBaxdıqca könül qan olur əhvalına şeyxin,Yandı ürəyim tərcümeyi-halına şeyxin.
Lə’nət ola!Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!
Başqa şairlərin şeirləri
Yanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Həmişə kim qalacaqEy yarım, sür dövranın, həmişə kim qalacaq,Kef elə, söhbət elə, həmişə kim qalacaq,
YeriTala-tala ağ buludlar,Karvan bağla, Löyə yeri.
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə