Partlarız...
Fas üsyançılarına muxtariyyət təklifi İtaliya faşistlərinin də xoşlarına getməyir.
Göydə quş, dəryada mahi yetsə azadiyyətə.
Partlarız bir kimsə nail olsa gər hürriyyətə.
Olmarız razı cahan vəhşiləri can almasa
Şadız aləmdə faşistdən başqa, insan qalmasa
Öylə bir ali köpək kim hürmüşüz Rimdən Fasa
Mussolini bizləri tə’lim edir bu adətə
Partlarız bir kimsə nail olsa gər hürriyyətə.
Faslılar versinlər istiqlal üçün minlərcə can
Qumlu səhralarda axsın sel kimi məzlum qan
Ölkəsin təqsim edir etsin beş-altı şarlatan
Ölsə ölsün, çatmasın ancaq ki, muxtariyyətə,
Partlarız hər kimsə yetsə azca bir hürriyyətə.
Olmuşuq axırda biz beynəlmiləl bir bihəya
Hürməyir dünyada bir it, bir köpək bizdən sava
Bir küçük vanqıldamaz Rimdə pop olmazsa riza
Qoymarız əf-əflə dünya xalqı dalsın rahətə
Çatmasın bir kimsə bu əf-əfdən azadiyyətə.
Yapmışıq bir öylə dərya onda qərq olsun bəşər
Etməsin təkrar hürriyyət sözün heç bir nəfər
Həp faşist olsun cahan cəlladə dönsün müxtəsər
Həp əsir olsun xəlayıq beş nəfər xoş qeyrətə
Partlarız hər kimsə nail olsa azadiyyətə.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-partlariz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İngiltərə İran hökumətinə nota verib Şeyx Xəzayilin İngiltərə himayəsində olduğunu bildirmişdir.*Soxmuşam burnumu çoxdan Ərəbistanına mən
Balaca felyetonMəşhur Amerika milyardçısı Sinqleri Albanya məmləkətinə kral tə’yin etmək istəyirlər.*Tapmamışıq sən kimi bir əhli-hal,
EdərəmParisdə olan Əhməd şah İranın dəmir yol çəkmək istədiyi cavahirləri satıb eyşü işrət edir, qumara uduzur.*Şah babamtək gəzərəm aləmi, cövlan edərəm
EdərRoma papası Müttəfiq Şuralar cümhuriyyətləri ilə Romanya arasındakı ixtilafın sülh ilə həll olunması üçün kilsələrdə dua olunmasına əmr eləmişdir.*Bir tərəf ali kral Milrandan istimdad edər,
Başqa şairlərin şeirləri · Satira
Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Səni aləmdə, ey arami-can, hər kim zəlil istərİsmayıl bəy Qutqaşınlıya*Səni aləmdə, ey arami-can, hər kim zəlil istər
DedilərGördülər yuxlamışam, şad olub oxqay dedilərBir deyirdim ki, duram, yox hələ lay-lay dedilər.
Yoxsa yoxBu yuxudan, bilmirəm, islamiyanBir kərə bidar olacaq, yoxsa yox?