Kimin arvadının, kimin ərinin,Kimin yetim qalmış körpələrinin,Halını düşünüb əzab çəkirəm,Dərdi dərdim olub özgələrinin.

Çoxları da kömək gözləyir məndən,Canım öz dərdimə yetik deyil heç, –Yükü çox ağırdır, özüm bilirəm,Dayanacaq yazıq ürəyim tez, gec.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri