همه روی زمین نفاق گرفتمردمی ترک اتفاق گرفت

Bütün yer üzünü bürüdü nifaq,İnsanlıq birliyi tərk etdi, bir bax!

از حقیقت به دست کوری چندمصحفی ماند و کهنه گوری چند

Neçə kor əlində qalmışdır çoxdanBir neçə qəbirlə, bircə də Quran.

کور با کس سخن نمیگویدسر قرآن کسی نمی‌جوید

Bir an danışmayır bir kəslə qəbir,Quranın sirrini kimsə gəzməyir.

روح قرآن بر آسمان بردندنقد تحقیق ازین میان بردند

Quranın ruhunu çəkdi asiman,Getdi həqiqətin nəqdi aradan.

روز بد را علامت این باشدپیش نیکان قیامت این باشد

Dünyada pis günə budur əlamət,Yaxşılar yanında budur qiyamət.

در جهان نیست صاحب دردیبی‌ریا دم نمیزند مردی

Yoxdur bu dünyada dərd əhli bir kəs,Heç kimsə çəkməyir riyasız nəfəs.

شرع را یک تن خلف بنماندروش و سیرت سلف بنماند

Yoxdur şəriətə varis bir adam,Keçmiş ənənələr məhv oldu tamam.

روی گیتی پر از صلف شد و لافهمه زرقست و شید قاف به قاف

Dünyanın üzünü bürüdü yalan,Hiylədir, riyadır Qafdan Qafacan.

اهل زرق و نقاق هم پشتندصادقان را به خون دل کشتند

Nifaqçı, hiyləgər əlbir olaraq,Axıtdı düzlərin qanını nahaq.

راستی را نشانه نیست پدیدراستی در زمانه نیست پدید

Düzlükdən qalmadı heç bir nişanə.Yad oldu düzlüyə tamam zəmanə.

مرد معنی ازین میان دورستبه حجاب خمول مستورست

Olmuş məna əhli bunlardan uzaq,Pərdəyə bürünüb susmuşdur, bir bax!

چشم اخلاص و صدق خفته بماندچهرهٔ مردمی نهفته بماند

Yatmış sədaqətin, ixlasın gözü,Pərdədə qalmışdır insanlıq üzü.

بی‌خطر نیست کار سیر امروزدیده ور شو که نیست خیر امروز

Xətərsiz deyildir seyr etmək bu gün,Bu gün xeyir yoxdur, sabahı düşün.

اهل مکر و حیل بکوشیدندبه ریا روی دین بپوشیدند

Məkr əhli çalışıb, bilsən düzünü,Örtdü riya ilə dinin üzünü.

سخن صدق سر بلاف آورددین چو سیمرغ رو به قاف آورد

Boşboğazlıq olmuş sədaqət sözü,Din Qafa tutmuşdur Simurq tək üzü.

طالبی، چشم و گوش باش، ای دلبا چنینها بهوش باش، ای دل

Çalış göz, qulaq ol, aman, ey ürək!Bunlarla huş ilə davran, ey ürək!

که بسی دام و دانه در راهستگذرت جمله بر سر چاهست

Yolunda hər yerdə dən var, tələ var,Hər yerdə yolunu kəsmiş quyular.

چو نهنگند باز کرده دهانهمه در نیل غرق و گشته نهان

Hamı ağız açmış timsah tək yaman,Həm xirqə nilində olmuşdur pünhan.

تا نهنگت به کام در نکشددست غولت به دام در نکشد

Qoy timsah ağzına çəkməsin səni,Div tora salmasın, gözlə, əlini,

پیر شیاد دانه پاشیدهگرد او چند ناتراشیده

Ora dən səpmişdir fırıldaqçı pir,Neçə yaramazla olmuşdur əlbir.

ریش را شانه کرده، پره زدهسرکه بر روی نان و تره زده

Saqqalı darayıb sonra burmuşdur,Göyərti, çörəyə sirkə vurmuşdur,

پنج شش جا نهاده حلقهٔ ذکرسر خود را فرو کشیده به فکر

Düzəltmiş beş-altı zikr həlqəsi,Fikrə qərq olmuşdur, çıxmayır səsi,

تا که می‌آورد ز در خوانی؟یا که سازد برنج و بریانی؟

Ta görsün qapıdan kim yemək verər,Kim ona qovurma, düyü gətirər.

سخنی از درون بدر نکندکش تخلص به نام زر نکند

Ağzından bir kəlmə söz çıxmaz əbəs,Heç zaman qızılın adını çəkməz.

کم بری زر، ز زرق نپذیردپر بری، زود در بغل گیرد

Qızıl az olarsa, almaz riyadan,Çox olsa, cibinə tez qoyar haman..

گر چه گوید که: هیچ نستانمندهد باز اگر دهی، دانم

“Heç bir şey almıram”, desə də özü,Nə alsa geriyə qaytarmaz, düzü.

دل آنرا که درد این کارستجستجوی دلیل ناچارست

Kim qəlbdən bu dərdə olmuşsa düçar,Rəhbər tapmalıdır özünə naçar.

زنده‌ای کو؟ که بنده باشیمشسر به فرمان فگنده باشیمش

Bəndəsi olmağa hanı bir adam,Başı fərmanına tapşıraq tamam?!

چند ازین هایهوی بی‌دردان؟زنگ مردی و بوی نامردان؟

Dad! Bu dərdsizlərin hay-küyündən, dad!Ah! Bu nakişilər əlindən, fəryad!

همچو گردون کبود جامه شدهصید را گرگ این تهامه شده

Kişilər rənginə salmış özünü,Taətlə örtmüşdür suçun üzünü.

از برون خرقه‌های صابونیوز درون صدهزار مابونی

Göy paltar geymişdir asiman sayaq,Ovun canavarı bunlardır ancaq.

چون بیابند نو ارادت راکار بندند عرف و عادت را

Zahirən xirqəsi yuyulmuş, aşkar,Amma batinində yüz min çirkab var.

جامهٔ زرق و شید زرد کنندبر دلش حب مال سرد کنند

Yeni bir müridə rast gələn zaman,Adət-ənənəyə başlayar haman.

ببرندش به دعوتی دو سه گرمتا در افتد زنان خلق به شرم

Əyninə riyadan geyinər paltar,Qəlbdən mal eşqini çıxarar onlar.

پس به رمزش درآورند از خوابکای پسر، وقت میرود، دریاب

Üçyol qonaqlığa, o, dəvət edər,Ta bu yeməklərdən utansın məgər.

گر مریدی کجاست سفرهٔ آش؟ور نداری درین میانه مباش

Sonra ayıldarlar onu yuxudan,Ey oğul, fürsəti buraxma, aman!

دردمند از دم عزیمت خوانکه: دم نقد را غنیمت دان

Əgər müridsənsə aş süfrən hanı?!Əgər yoxundursa, tərk et meydanı.

به فریب وخیم و دانهٔ خامساده دارا درافگنند به دام

Süfrən boş olarsa, qəm yemə, gəl sən,Çalışıb indini qənimət bil sən.

از میانشان برون رود درویشناخن اندر قفا و سر در پیش

Hiyləylə, kələklə, bir də dən iləOnlar tora salar avamı belə.

روی در روی ننگ و نام کنداز در و کوچه اقچه وام کند

Dərviş bu aradan çıxar suçlu tək,Yol gedər başını yerə dikərək,

درمی چند را بلاو دهدپیر و همخرقه را پلاو دهد

O, ada, namusa çevirər üzü,Gəzər qapı-qapı, pul yığar özü.

ببرد شیخ را به مهمانیبا مریدان سخت پیشانی

Süfrə hazırlayar yığdığı ilə,Pir ilə rindlərə aş verər belə.

صوفیان سفره را فراز کشندآستین از دو دست باز کشند

Üzlü müridlərlə birlikdə hamanO, şeyxi evinə aparır mehman.

همه در هم خورند کین فرضستخود نگویند کز کجا قرضست؟

İki qollarını çırmalayaraq,Sufilər süfrəni açarlar bayaq.

کودکان ناشتا، پدر مدیونمخور این نان و آش، خون خور خون

Fərz sayıb yeyərlər son tikəyəcən,Hardan borc almışdır sormazlar əslən.

فقر بیرون ز ازرقست و کبودنام آتش چرا نهی بردود؟

Ata borca düşmüş, həm acdır uşaq,Belə aş yeyincə qan ye, qan, ancaq.

حقه خالی و بوالعجب عورستجرم او نیست، دیده‌ها کورست

Yoxsulluq rəmzidir solğun bənizlər,Tüstüyə alovdur demə bu qədər.

شب کس را کجا کند چون روز؟پیر محراب کوب منبر سوز

Ailə çılpaqdır, mənzil boşdur, ah!Gözlər kor olmuşdur, onda yox günah.

شیخ باید که سیم و زر سوزدتا ازو دیگری نیاموزد

Mehrabı, mənbəri yandıran bir kəs,Gecəni gündüzə döndərə bilməz.

گر ندانی تو این درم سوزیزان بهشتی چرانیاموزی؟

Şeyx qızıl-gümüşü yandırsın gərək,Qoy ondan dərs alsın hamı görərək.

کو به عمری چنین کتابی ساختپس به پیلی درم یخ آبی ساخت

Dirhəm yandırmağı bilmirsənsə sən,Niyə öyrənmirsən o cənnətlikdən.

بنگر پیل مات درویشانشاه را طرح دادن ایشان

Yazdı ömrü boyu elə bir dastan,Fil yükü dirhəmə su aldı haman .

شیخ ما آنچنان بزرگانندنه چنین روبهان و گرگانند

Dərvişin “mat” deyən filinə bax sən!Şaha cavab verən dilinə bax sən!

متصرف شدی، شکاری کنقلعه‌ای برگشای و کاری کن

Elə böyüklərdir bizim şeyximiz,Bu qurdlar, tülkülər deyildir, hərgiz.

تو کت این گاوهای پروارندلاغران را مکش، که مردارند

Sahibkar oldunsa bir çıx şikara,Bir qala fəth elə, durma avara.

ایکه اندر فریب ایشانیدر فریب تواند، تا دانی

Sənin ki belə kök öküzlərin var,Arığı öldürmə, murdardır onlar.

گر دهندت به دست بر بوسهکاه پیشت نهند و سنبوسه

Sən ey hiylələrə uyub aldanan,Sənin də hiylənə çoxdur inanan.

گه به باغ و به خانه خوانندتگاه پیش ملک دوانندت

Gah əl-ayağını öpər gələrək,Qoyarlar qarşına gah şirinçörək.

خواجه رنجور شد، عیادت کنبه شود، حرمتش زیادت کن

Dəvət eyləyərlər evə, bağa gah,Gah səni hüzura çağırtdırar şah

آن نیامد ببین که: حالش چیستوین درآمد، نگر سالش چیست؟

Xacə xəstələndi, görüşünə get,O, yaxşı olarsa görərsən hörmət.

دست بگذار تاش می‌بوسندتن بهل، تا درو همی دوسند

Əgər o, gəlməsə get gör necədir,Əgər bu gəldisə, gör sözü nədir.

شعر خوانند، تا تو شور کنیمدح گویند، تا غرور کنی

Əlini uzat ki, öpsün camaat,Yaxın dur əlləri toxunsun, heyhat!

گر نیایی به رقص، سرد شوندور برقصی، به عیب مرد شوند

Şeir oxuyurlar ki, şurə gələsən,Mədh deyirlər ki, məğrur olasan.

این یکی از سفر رسید، ببینوان سفر میکند، چنین منشین

Sən rəqsə gəlməsən, soyuyur onlar,Rəqs etsən öyünər baxan insanlar.

نروی از در تو باز استندبروی جمله در مجاز استند

Bu, səfərdən gəlmiş, get sor hal-əhval,O, səfərə gedir, durma, yola sal.

با رفیقانت ار به مهمانیببرد دوستی به پنهانی

Qapından gedərlər, əgər getməsən,Səninlə dost olar hamı, getsən sən.

زان میان گر بود مریدی کم« فقنا ربنا» زکین شکم

Əgər bir dost səni özgədən pünhanDostlarınla birgə aparsa mehman,

تو چو اشتر مهارشان دادهتن خود را به کارشان داده

Orda görməyəndə bir müridi sən,“Allah sən dostumu yetir”, – deyərsən.

روز و شب چون درین بلا باشیکی توانی که با خدا باشی؟

Ovsara düşmüsən sən dəvə sayaq,Əsiri olmusan onların nahaq.

خاص خودشان مکن که عامند ایندانه‌شان پر مخور، که دامند این

Olsan gecə-gündüz bu bəla ilə,Haradan olarsan sən Xuda ilə.

رد عام و قبول عامی چیست؟گر تمامی تو ناتمامی چیست؟

Avamı yaxına buraxma nahaq.Yemə dizlərini, bu, tordur ancaq.

گوسفندی به سفره سازندتبعد از آن همچو بز ببازندت

Avamı qovdunsa, avam olma sən!Kamilsən, yarımçıq olursan nədən?

از برای تو گر چه مشت زنندگر بلغزی ترا درشت زنند

Bir qoyun kəsərək süfrə açacaq,Sonra oynadaçaq bir keçi sayaq.

لوت خوردی و زله بر بستیدر گمانی که رفتی و رستی

Döşünə döysə də səninçün əgər,Bir xəta iş görsən, o, səni döyər.

این جماعت بهشت میخواهندخانهٔ نقره‌خشت میخواهند

Yedin-içdin, demək, qurtardı yaxan,İş bununla bitdi, edirsən güman.

حور و غلمان و جوی شیر و شرابمیوه‌های شگرف و مرغ و کباب

Bu camaat səndən cənnət istəyir,Kərpici qızıldan evlər ver deyir.

گر توانی تو بر گشای این بندورنه بنشین، به ریش خویش مخند

İstəyir süd arxı, qılman və şərab,Qızarmış toyuqlar, qovurma, kabab.

چون ندانی که این بهشت کجاست؟مردمان را چه خوانی از چپ و راست؟

Əgər bacarırsan bu düyünü aç,Yoxsa, gülünc olma, bu aradan qaç,

تو که پولی نمیتوانی هشتچون زند همت تو زرین خشت؟

Cənnət haradadır, bilmirsənsə sən,Xalqı sağdan-soldan nə səsləyirsən?

گر بپرسم به خود فرو مانینیک ترسم تو بد فرومانی

Bir körpü tikməyə yoxsa qüvvətin,Heç qızıl kərpicə çatar qüdrətin?!

به تو پندار مردمان دگرستخلق را بر دلت گمان دگرست

Səndən bir söz sorsam, batıb qalarsan,Lap dərindən sorsam, xəcil olarsan.

که سخن با خدا همیگوییحکم داری بر آنچه میجویی

Xalqın sənə zənni, inan, başqadır,Qəlbinə etdiyi güman başqadır.

هر کرا بر کشی بهشتی شدوانکه را رد کنی به زشتی شد

Çünki sən Allahla söz danışırsan,Hər nəyi axtarsan, verərsən fərman.

به شب و روز خواب و خوردت نیستجز دل گرم و آه سردت نیست

Kimi rədd eləsən o, bədbəxt qalar.Kimi rədd eyləsən, bədbəxtdir aşkar.

در قبولت به این همی کوشندورنه نامت باقچه نفروشند

Yeməyin-yatmağın yox gecə-gündüz,İşin ah çəkməkdir ürəkdən, sözsüz.

فقر اگر خوردنست و گاییدنهرزه‌ای چند بر دراییدن

Sənin qəbuluna hamı atır can,Adını axçaya satırlar hər an.

همه را بهتر از تو هست این حالبر سر جاه و ملک و شوکت و مال

Yeyib-geyməkdirsə yoxsulluq əgər,Nədir boş sözlərə uymaq bu qədər?!

برو، ای خواجه، چارهٔ خود کنرقعه بر دلق پارهٔ خود کن

Səndən də yaxşıdır hamının halı,Mənsəbi, camalı, şövkəti, malı.

زهر مارست گنج بردن تووین برنج و ترنج خوردن تو

Ey xacə, bir düşün, burax bunları,Get öz cındırına yamaq sal barı.

اینکه گفتی که مرشدست مفیدبرساند مراد را به مرید

Tapdığın xəzinə bir zəhrimardır,Belə bir pilovun nə xeyri vardır.

فارغست او ازین ستایش توزانکه رسوا شد از نمایش تو

Deyirsən, mürşidlik faydalıdır sən,Müridi murada odur, yetirən.

میفروشی، که خود بهاش خوریمیپزی دیگ او، که آش خوری

Sənin tərifinə o, möhtac deyil.O, bu tərif ilə rüsvay oldu, bil.

میوه تا کی خوری ز باغ کسان؟چه فروغت دهد چراغ کسان؟

Satırsan, yeyəsən bahasını sən,Qazanı qapırsan, ta aş yeyəsən.

نام مردم فروختن تا چند؟چوب همسایه سوختن تا چند؟

Çoxmu yeyəcəksən özgə bağından?!Nə işıq düşəcək yad çırağından?!

هست حال شما درین بازارحال آن ترکمان و آن طرار

İnsanlıq adını yaxma bu qədər!Qonşu odununa baxma bu qədər!

آنکه از خود مگس نداند راندبه بهشتت کجا تواند خواند؟

Bu vəziyyət ilə çox bənzəyirsən,Haman hiyləgərlə, o türkmənə sən.

وانکه از خشم دشمنان سوزدچون رخ دوستان برافروزد؟

Qova bilməyənlər öz milçəyiniCənnətə nə sayaq aparar səni?!

بر وی این نام را به زور مبندکمرش بر میان عور مبند

Düşmən qəzəbindən özü yanan kəsDostların üzünə nur sala bilməz.

پیش ما چیست نشر این نامه؟صلواتی میان هنگامه

Zorla vermə ona bu adı nahaq,Sən kəmər bağlama, bel olsa çılpaq.

چشم صد کون خر بخواهی بستتا بلیسی تو در میانجی دست

Bizim yanımızda bu kitab özü,Hay-küydə salavat çəkməkdir, düzü.

به نصیحت نکو نمیگردیکار من نیست چوب بد مردی

Yaxşı olmayırsan nəsihətlə sən,Sən yaxşı, pis olsan, nəkarəyəm mən.

پر شد این شهر و ده ز آفاتتمگر ایزد کند مکافاتت

Dolmuş fitnən ilə sənin kənd, şəhərBəlkə Allah verdi cəzanı məgər.

دیگ اهل هنر بجوشانیهنر و نام او بپوشانی

Qaynadıb qazanın hünər əhlinin,Örtürsən üstünü adının həmin.

تا مبادا که سربلند شودبه دیار تو ارجمند شود

O, birdən yüksəyə qalxar, ucalar,Ölkəndə ehtiram sahibi olar.

بدهد شرح شهر سوزی تویا کند قصد رزق و روزی تو

Şəhər yandırmağın açılar birdən,Ya da ki, ruzunu alar əlindən.

اهل داند ترا بخواند شیخجز مقلد ترا که داند شیخ؟

Mürşid adlandırmaz səni bir insan,Ancaq təqlidçilər şeyx bilər, inan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri