Cami-Cəm, fəsil 123
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
عشق از آنسوی عقل گیرد دوستو آن کزان سوی عقل باشد اوست
Bu yandan eşq ağlı dost tutar özü,O yandan eşq özü ağıldır, düzü.
هرچه بالای طور عقل بودنه به تدبیر و غور عقل بود
Ağıl Turu üstdə nə varsa əgər,O, ağlın məhsulu deyilmi məgər?!
دلت اینجا ز دل جدا گرددهر که اینجا رسد خدا گردد
Dəlildən ayrılar ürək burada,Kim buraya çatsa, Haqq olar o da.
عقل را زیر دست سازد عشقعلم را نیز مست سازد عشق
Eşq ağlı özünə xidmətçi edər,Elmi məst eyləyib möhkəm incidər.
این دو را از میان چو بردارددست با خویش در کمر دارد
Bunları aradan götürən zamanƏlini belinə gətirər haman.
کثرت از عقل و عاقل و معقولبرنخیزد، مگر به نور وصول
Əgər vüsal nuru olmasa aşkar,Ağıl, kamal, aqil hardan çoxalar?!
وصل او نیست جز یکی دیدنهجر او اندرین شکی دیدن
Yarın vüsalıdır onu tək görmək.Hicranı, etməkdir buna şübhə, şəkk.
تا که بینا تو باشی، او نبودعارف خویش بین نکو نبود
Sən özünü görsən, onda o, olmaz.Özün görən arif yaxşı sayılmaz.
آنکه چشم تو دید، جسمی بودوانکه گوشت شنید، اسمی بود
Sən gözlə gördüyün quru cism idi,Qulağın eşidən ancaq ism idi.
روی او را به او توان دیدنباز کن دیدهٔ چنان دیدن
Özüylə görəsən onun üzünü,Sən aç bu qaydayla görən gözünü.
تو ببینی، دگر نهان گردداو ببیند، که جاودان گردد
Sən görən görünər, sonra yox olar,Onun gördükləri əbədi qalar.
نشود جز به عشق زایندهدیدهٔ دوست بین پاینده
Artan məhəbbətdən kömək olmadan,Dostgörən göz daim olmaz heç zaman.
دو شوی پیش آینه به درستزانکه آیینهٔ تو غیر از تست
İki görünürsən baxsan aynada,Çünki sən deyilsən, başqadır o da.
چون به علم و عمل شوی در کارروزت از روز به شود ناچار
Sən elmə, əmələ diqqət yetirsən,Yaxşı olacaqsan gün-gündən həmən.
گرنه در عقل روزبه گردیبه چه رتبت رئیس ده گردی؟
Ağılda Ruzbeh tək olmasan əgər,Nə üzlə bu kəndə olarsan rəhbər?
خویشتن را بلند ارزش سازاکتساب کمال ورزش ساز
Artır qiymətini, qədrini hər an,Kamal artırmağa çalış durmadan.
دادهٔ حس و طبع را رد کنروح خود را ز تن مجرد کن
Rədd et nə vermişsə duyğu, təbiət,Ruhunu bədəndən sən ayır, əlbət.
رخنهای در سپهر چارم بررخت بربام هفت طارم بر
Dördüncü fələyə yol tap, yol axtar,Yükünü yeddinci fələyə apar.
گرنه علمت رفیق راه شودعملت حافظ و پناه شود
Elmin yol yoldaşı olmasa sənə,Əməlin dönməsə bir köməkçinə,
نفس با خود دگر چه داند برد؟ره به منزل کجا تواند برد؟
Daha nə aparar nəfs özü ilə?!O, hardan yol tapar bir də mənzilə?!
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-123
← → düymələri ilə keçid, R — təsadüfi şeir