Cami-Cəm, fəsil 14
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
چون مزاج جهان بدانستمنشدم غره، تا توانستم
Dünyanın sirrini bilən zamandan,Məğrurluq etmədim mən heç bir zaman.
کار من گوشه و کناری بودراستی را شگرف کاری بود
Peşəm künc-bucaqda olub dolanmaq,Qəribə bir haldır bu, düzü, ancaq.
ماه را قدر من سها گفتیزهره را خود ببین چها گفتی؟
Qədrim Səha derkən Aya cahanda,Zöhrətək ulduza nə deyər onda?!
آنکه مهرش نیاید اندر چشمشاید ار گیرد از عطارد خشم
Günəş gözlərinə gəlməyən adam,Coşsa Ütaridə, haqlıdır tamam.
منزلم مکهٔ مبارک بودنزلم از «عمَّ» و «تبارک» بود
Mənzilim Məkkəydi, yerim mübarək,Qismətim “əmmə”ydi, bir də “təbarək”.
دل من با ملک به راز شدهجانم از جسم بینیاز شده
Könlüm mələklərlə sirdaşdı yenə,Möhtac olmamışdı ruhum bədənə.
دیر در قدس و سیر در لاهوتاز «ابا» و «ابیت» ساخته قوت
Məbədim Qüds idi, seyrangahım göy,İlahi qidalar mənə məzə, mey.
بوقبیس و حری درون خطمبولهلب در زبانهٔ سخطم
Xəttim içindəydi Qübeyslə həra,Buləhəb yanırdı məndən odlara.
منکسر گشته قلب و یار شدهقالبم عنکبوت غار شده
Məni yar atmışdı, sınmışdı ürək,Hörümçək kimiydi bədənim, gerçək.
دم عیسی دل مرا حاصلکف موسی به ساعدم واصل
Könlümün qisməti İsa nəfəsi,Əllərim olmuşdu Musa pəncəsi,
نفس من زبور خوان گشتهنفسم انجیل را زبان گشته
Nəfəsim olmuşdu “Zəbur” oxuyan,Nəfsimsə “İncilə” olmuş tərcüman.
دامنم زان فتوح گرما گرمداشت از آستین مریم شرم
Ətəyim zəfərlə olsa da dolu,Məryəm ətəyindən utanırdı o,
هر زمانم نوازشی تازهچرخ از آواز من پر آوازه
Yeni bir nəvaziş görürdüm hər an,Dolmuşdu səsimlə mənim asiman.
ماه طلعم کلف پذیر نبودروز عیشم زوال گیر نبود
Tutulmaq bilmirdi ilham ayım heç,Məni tərk etməzdi günlərlə sevinc.
سایه بر مال کس نیفگندممالش کس نکرد در بندم
Kimsənin malına kölgə salmadım,Mal üçün bir kəsə mən qul olmadım.
چشم زخمی به حال من برسیدتیر نقصی به بال من برسید
Mənim bu halıma sanki göz dəydi,Sinəmdən dəyən ox qəddimi əydi.
غیرت روزگار بادم داددادم آن روزگار نیک بباد
Atdı rəhimsizcə məni ruzigar,Getdi xoş günlərim, oldum yenə xar.
دو سه درویش را به من پیوسترونق احتشام من بشکست
İki-üç dərvişi mənə qoşaraqVüqar təntənəmi sındırdı, bir bax.
غم ایشان دلم به جان آوردبه ضروریم در میان آورد
Qəmləri könlümü gətirdi cana,Ehtiyac məni də saldı meydana.
تا شدم کفچه دست و کاسه شکمبر در خلق میشدم که: درم
Qarnım kasa oldu, əlim çömçə tək,Gəzdim qapı-qapı pul istəyərək.
چند پرسی نشان من که کجاست؟گم شدم، پی چه پویی از چپ و راست؟
Nə qədər deyirsən, haralıyam mən?!İtmişəm, sağ-solu soruşma məndən.
مدتی شد که از وطن دورمغربتم رنجه کرد و رنجورم
Xeyli var vətəndən düşmüşəm uzaq,Qürbətdə qəmlərə olmuşam ortaq.
دل من تاب و سینه تنگی یافتجانم از غصه بار سنگی یافت
Ürək od içində, nəfəs daralmış,Canım qəm yükünün altında qalmış.
رخت خود در خرابهای بردمزان دل افسردگان بیفسردم
Köçümü xaraba bir yerə çəkdim,Mən o möhtacları başımdan əkdim.
سخنم را درو رواج نبودوز خرابی برو خراج نبود
Yox idi sözümə orda xiridar,Xaraba bir yerdən kim xərac alar?!
بر سر شعر جان همی دادمگاهگاهش به نان همی دادم
Canı şeir uğrunda etsəm də qurban,Mən bəzən çörəyə satardım, inan.
با چنان قوم و دستگاهی سهلسازگاریست کار مردم اهل
Belə camaatla, belə büsatlaGərək əhl adamlar getsinlər yola.
گر نبودی شکوه یک دو بزرگاندران فترتم بخوردی گرگ
Bir-iki böyüyün üstümdə gözüOlmasa, qurd məni yeyərdi, düzü.
در چنین فقر و نامرادیها« خضعت وجهتی لوادیها»
Belə yoxsul, nakam olduğum zamanÜz tutub çöllərə getdim durmadan.
صدر مشروح و صدره چاک زدهسالها آه سوزناک زده
Döşüm yaralıdır, döşlüyüm cırıq,İllərlə ah çəkib yoruldum artıq.
منتظر تا سحر شود شاممرنگ روزی بتابد از بامم
Görən sübh olacaq gecəm nə zaman?!Bəs mənim damıma gün düşər haçan?!
خبر منعمی شنیده شودهوشمندی ز دور دیده شود
Nə vaxt bir böyükdən gələcək xəbər?!Nə vaxt görünəcək huşlu bir nəfər?!
تا که شد صیت رتبت خواجهسروری را تراز دیباجه
Elə ki, Xacənin adı ucaldı,Böyüklük dəftərin əlinə aldı,
مسندش سد ملک داری شدفلکش حامل عماری شد
Yurda hasar oldu onun məsnədi,Göylər qabağında “bir qulam” dedi,
اختر طالعم بلندی یافتکارم از بخت زورمندی یافت
Mənim bəxt ulduzum ucaldı yenə,Bəxtimdən işlərim güc aldı yenə.
غم دل روی در رمیدن کردفتنه آهنگ آرمیدن کرد
Hürkməyə üz qoydu ürək qəmləri,Fitnə də qarşımdan çəkildi geri.
شب سروشی به صورت مردمقال: «یا ایها المزمل، قم»
Bir gecə bir mələk gələrək yaxınDedi: “Ey yatanlar ayağa qalxın!”.
ای کلیم سخن کلامت کو؟جم جهانگیر گشت جامت کو؟
Ey sözün açarı, ilhamın hanı?!Cəm hökmdar oldu, bəs camın hanı?!
کرمش در گشود و خوان انداختلطفش آوازه در جهان انداخت
O, açdı qapını, həm süfrə saldı,Lütfilə şöhrəti dünyanı aldı.
چه نشینی که وقت کار آمد؟گل امیدها به بار آمد
İş vaxtı gəlmişdir nə oturmusan?!Açdı ümid gülü, niyə durmusan?!
مرد کاری، حدیث مردان کنجام پر گشت، دور گردان کن
Söz aç igidlərdən, ey iş adamı,Cam doldu, dayanma dolandır camı.
کارت از دست اگر چه رفت، بکوشوین قدح را به یاد خواجه بنوش
İş əldən getsə də, ruhdan düşmə heç,Bu camı Xacənin sağlığına iç.
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-14
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Nə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,