چیست گیتی؟ سرای محنت و غمزحمت او فزون و راحت کم

Kədər, qəm evidir, bu dünya, söz yox!Rahatlığı azdır, zəhməti çox-çox.

تا شب آخرین و روز نخستفلک اندر کمین محنت تست

İlk gündən başlamış son gecəyədəkSənə qəm verməkçün hey pusur fələk.

سیر افلاک را مدان به عبثنفس را بر شعور این کن حث

Sanma ki, əbəsdir çərxin gərdişi,Nəfsini çəkindir, düşün bu işi.

در زمین هر چه جسم و جان داردآسمان صورتی از آن دارد

Hər nəyin cismi var, canı cahanda,Onun bir surəti var asimanda.

او برین نور سایه افگندهسایهٔ این به نور آن زنده

Buna kölgə salır o, bir işıqtək..O, nurla yaşayır bu kölgə, gerçək.

اگر آن نور نیک حال بودعیش این سایه بر کمال بود

Olsa yaxşı halda o işıq əgər,Bu kölgə sevinclə ömür keçirər.

ور پدید آید اندرین سستینتوان دیدن اندران رستی

Əgər süstlük olsa bunda, aşikar,Onda da möhkəmlik olmaz payidar.

در هم این نور و سایه پیوستهسیرت این به سیر آن بسته

O nurla bu kölgə bağlıdır tamam,Onun gərdişilə yaşar bu, müdam.

چون ازین سایه بازگشت آن نورگشت ازین سایه زندگانی دور

O nur bu kölgədən olarsa uzaq,Həyat bu kölgədən düşəcək iraq.

ما چه و درچه پایه‌ایم همه؟چون نه نوریم، سایه‌ایم همه

Biz, görən kimlərik? Hamımız nəyik?Əgər nur deyilik, demək, kölgəyik.

تو از آنجا چو سایه زانی دورکه نه‌ای هم چو سایه در پی نور

Onunçün uzaqsan kölgətək ondan,Nura can atmırsan kölgətək bir an.

اصل نزدیک و اصل دور یکیستما همه سایه‌ایم و نور یکیست

Yaxınlıq, uzaqlıq əslən eynidir,Hamımız kölgəyik, nursa birdir, bir.

باز آنها که پیش ما نورندبه حقیقت چو سایه مهجورند

Bizim qarşımızda nur olanlar da,Kölgətək hicrana düçardır burda.

هفت کوکب ز راه پنج نظرگاه زهرت دهند و گاه شکر

Yeddi ulduz baxar o beş hissinə,Gah şəkər, gah zəhər yedirər sənə.

در وبال و هبوط و بعد و شرفگه تلافی گرند و گاه تلف

Günahda, qürbətdə hər axşam-səhərSəni gah qoruyur, gah məhv edirlər.

دو جهانگیر و پنج صاحب رخشزیر این طارم دوازده بخش

Lacivərd göylərin altda biqərarBeş Rəxşin sahibi, iki hökmüdar

تر و خشکند و گرم و سرد به همنرم رفتار و تیز گرد به هم

Birlikdə yaş, quru, soyuq, istidir,Mülayim rəftarlı, gah da itidir.

بشدنشان ز خانه در خانهفتنه‌ها در جهان ویرانه

Bu evdən o evə keçməklə yenəBu viran dünyada qalxar min fitnə.

از محاق آفت جهان باشندز احتراق آتش نهان باشند

Dünya Ay tutulsa, bəlaya uğrar,Hər gizli atəşdən şölələr qalxar.

شبی و روزی و نر و مادهسعد و نحس از پی هم افتاده

Bütün erkək, dişi, hər səhər-axşamBiri digərini izləyər müdam.

ثابتی در مزاج سیاریواقعی در ازای طیاری

Sabitlər məzacda görünər səyyarGəzməyən gəzənin yerini tutar.

این یکی معطی، آن یکی قاطعاین یکی تیره و آن دگر ساطع

Birisi tənbəldir, biri çalışqan,Birisi qaradır, biri al-əlvan.

باز ازین جمله ثابت و سیارهر یکی با یکی دگر شد یار

Bütün bu sabitlər, bir də səyyarlar,Olar bir-birilə həmdəm, yoldaş, yar.

نحس با نحس و سعد با مسعودممتزج رنگ هر دو گیرد زود

Bəxtli bəxtli ilə, nəhs nəhs iləBirləşib eyni rəng alarlar belə.

از روش چون به هم در آمیزندحالهای عجب برانگیزند

Gəzərkən bir yerdə birləşsə onlar,Törədər dünyada dürlü oyunlar.

هر یکی مقتضی بلایی رایا فتوحی و انجلایی را

Hər biri bir yeni bəla törədər,Ya da qazandırar bir yeni zəfər.

داده از اجتماع و استقبالمهر و مه کون را تغیر حال

Ayla Gün birləşib ayrılan dəmdə,Qəribə hal olar bütün aləmdə.

آمدنشان سوی حضیض از اوجکرده دریای فتنه را پر موج

Yüksəkdən aşağı ensələr əgər,Fitnə dənizləri tüğyanə gələr.

جرم خورشید را درین درجاتسیصد و شست صورتست و صفات

Həm bu bölmələrdə Günəş biqərarOnda üç yüz altmış gizli sifət var.

هر یکی مشکلی پدید آردیا خود از مشکلی کلید آرد

Onlardan hər biri törədər əngəl,Ya da bir müşkülü açıb edər həll.

شد زمین چون شکارگاهی شومگرد او حلقه‌ای ز چرخ و نجوم

Yer mənhus bir ovlaq yaranmış deyə,Ulduzlar almışdır onu dövrəyə.

زان نظرهای تیز و چندان سستآن رهد کو ز رخنه بیرون جست

O iti gözlərdən, oxlardan ancaqBəladan qaçanlar xilas olacaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri