Alçaqlara yüksək dedik, axmaqlığımızdan,Yüksəkləri yıxdıq yerə, qorxaqlığımızdan.

Ölmək, yaşamaqdan o zaman üstün olur, bil,Bir kimsəyə gəlmirsə xeyir, sağlıfğımızdan.

Allaha rüku eyləmədik, şahə əyildik,Bellər sınacaq axırı yaltaqlığımızdan.

Bir vaxt üzümüz ağ idi, getdikcə qaraldı,Allaha ağ olduqca bu üz, ağlığımızdan.

Azadlığa məhrum qalacaq dəhrdə, hər kim,Don geydirib azadlığa bayraqlığımızdan.

Torpaqlara döndükcə də adəmliyimizdən,Bir gün dönərik adəmə, torpaqlığımızdan.

Pünhan yaza, Alim oxuya ruhi qəzəllər,Baxdıqca Əziz feyz olar ortaqlığımızdan.

8 mart 1999. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət