Urra!!!
Urra! Mənə urra! Sənə urra! Ona urra!Urra! Bizim əvvəlimizə urra, sona urra!
Urra, gələcək əsrə gedən rüşvətə urra!Urra ki, onun rişəsi keçmiş cana urra!
Urralar içində ölülər dəfn elədik biz.Urra qızaran torpağa urra, qana urra!
Yaltaqlara meydan açılıbdır vətənimdə,Bir mənsəb üçün gündə girən min dona urra!
Səd heyf ki, yaltaqlığa yox ayrı məcəllə,Yaltaqları bir-bir salasan zindana urra!
Ey xəlq, maa öylə gəlir ki, sənə urra!Həm qarpıza urra demisən, həm yuna urra!
Pünhan, bu oyunlar yetəcəkdir sona bir gün,Yəqin uduzanlar gedəcəkdir «zona» urra!
25 yanvar 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-urra
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xeyr ilən şər düşdü bir əyyamə, əyyam ağlasın,Qətlə yetmiş nəsli-peyğəmbərçün İslam ağlasın.
Bu millətin qulpu qırığXonçalara qoyulmarıq,Yardım olsa sayılmarıq,
Şaxtalı ünvanımızaMin şükürlər dilərəm Rəhmli Rəhmanımıza,Nəzərin saldı bu əhvali - pərişanımıza.
Mən Qarabağçün yaşadımElə zənn eyləmə ki, tək yaşamaqçün yaşadım,Mən elin dərdini gizlin daşımaqçün yaşadım.