(novella)

Anam Suğranın xatirəsinə

Müharibə... qırx ikinin qara günləri...Unutdurdu kef-damağı, toy düyünləri.Yoxa çıxdı süfrələrin nazi-ne’məti,Üzdü xalqı, camaatı aclıq zilləti.

Xörək ətri, yemək dadı qeybə çəkildi.Zorba-zorba adamların qəddi büküldü.Dərman iyi... qan iyinə büründü Bakı,Tənziflənmiş yaralı tək göründü Bakı.Yaralının kəsilmirdi ardı-arasıUzaq cəbhədən.Onda axı harasıydı - hələ harası -Gələydi də ümid verənSoraq cəbhədən.

Bir gün dərsdən evə gəldim:Bu nə deməkdir?Bu nə süfrə, bu nə dəsgah, bu nə yeməkdir?Lap ağ çörək... qolbas... süzmə... holland pendiri,Hələm-hələm ələ düşməz dənəvər kürü...Kərə yağı... şəkər tozu... mürəbbə, filan...Təsvirsiz bir təbəssümləAnam dedi ki:– Gəl çıx, hardasan?Keç əyləş, bala!Süfrəyə baxdım, getdim xəyala.

Kişilik - qeyrət hissim oyandı,Qəlbimdə şübhə alovu yandı.Soruşdum:– Ay ana, hardandı bular,Axı, hansı evdə bu saat bu var?..Anam söylədi ki:– Boyuna qurbanƏyləş, çörəyini ye,Olma nigaran...Allah ruzusudu -- pakdı, halaldı.Bunun boyuna bax, bu nə sualdı?Könülsüz yedim, uddum... yemədim,Heç nə demədim...

Bir az müddət keçənnənYenə həmən dəsgahı,Yenə həmən süfrəniGördüm evimizdə mən.Bu dəfə ayağımı yerə möhkəm dirədim,Xoruzlanıb anamın lap üstünə yeridim:– Hardan, kimdən alırsan bu zəqqumu, zəhəri?

Baxdım gördüm anamın yaşla doldu gözləri...Qucaqladı boynumu, öpdü nəmli gözümü,Kövrək ana ərkiylə şillələdi üzümü:Dedi:– Zəhrimar demə, bu zəhrimara, oğlum,Gedirəm qan verirəm yaralılara, oğlum.Tapılmayan bu şeylər taqətimçün verilir.Yenə də qan verməyə növbətimçin verilir.Bu süfrə, bu naz-ne’mət qanıma əvəz, oğlum!Get, ay anası ölmüş, get arxayın gəz, oğlum!Düşdüm ayaqlarına məs’um anamın bu dəm:– Ay anam, belə çıxır mən qanını yeyirəm?Qan bahası süfrəni bir də açsan əgər sən,Axtarma, baş götürüb qaçacağam bu evdən.2 sentyabr 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri