Mən bir heykəl istəyirəm xalis qızıldan,Himalayın zirvəsində göyə ucalsın.Onu elə yaratsın ki, həməsrim insanBu günlərdən min illərə nişanə qalsın.

Brilyantla həkk edilsin bünövrəsinəAdam boyda həriflərlə “xilaskar” sözü.Brilyantla həkk edilsin bünövrəsinəİnsanlardan-insanlara “yadigar” sözü.

Barelyefdə bir sürünən xərçəng görünsün,Bir də onu tapdalayan qüvvətli ayaq.Tarixiylə həkk edilsin o müqəddəs gün,Milyon-milyon ürəkdəki böyük təmtəraq.

Göz görəsi ölümlərə kim çəksə qələm,Əbədiyyət bəxş eləsin bu əməl ona.Parıldasın günəş kimi, dursun möhtəşəmLayiq olsun, halal olsun bu heykəl ona.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri