Çarhovuzlar ağzınadək dopdolu,

Dövrəsində qönçə-qönçə gül kolu.Təravətdi yeri-göyü, sağ-solu.Qışın oğlan çağında da həmişəƏsl cənnət qucağıdır Mərdəkan,

Qədim qəsri tarixlərdən nişanə,Dayanıbdır yenə mərdi-mərdanə.Baxır-baxır dövrəsində qaynayanBu gəncliyə, bu bəxtəvər dövrana,Günü-gündən cavanlaşır Mərdəkan.Yaşıl seltək aşıb-daşır Mərdəkan.

Meyvələri qanad gərib talvara,Kölgəsində bürkü hara, tər hara.Hər dalanı, hər döngəsi çevrilib,Çevrilibdi bir ətirli gülzara.Abşeronda növrağımız Mərdəkan,Beş addımda yaylağımız Mərdəkan.

Uşağı da, qocanı da, gənci dəO qoymaz ki, azar-bezar incidə.Düşərgəli sahilləri incidi...

Göy Xəzərdə aləm alır dincini.Təbibimiz, loğmanımız Mərdəkan,Bağ-bağatlı ünvanımız Mərdəkan.

Bu yer yalnız şəfa deyil dərdlərəAna olub məkan olub mərdlərə.Oğulları qurban verib canınıŞanlı-şanlı döyüşlərdə min kərə...Sinəsində məş’əl yanan MərdəkanYaşıl nəğmə, yaşıl dastan Mərdəkan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri