Qız qalası
Qız qalası, Qız qalası, mübarəkdir!Sənin təzə cəh-cəlalın nə qəşəngdir.Ey tarixim, ey əfsanəm, rəvayətim,Ey vüqarım, ey şöhrətim, şe’riyyətim.Qeyrətimin bəkarətiQeyrətimin şərafəti,Tariximin şərafəti,Vüqarımın ülviyyəti,Sənətimin əzəmətiQız qalası!Elə bil ki, səni təzə görürəm mən,Xilas oldun o min illik daş qəfəsdən.Yastı damlar ayağına dolaşırdı,Məgər onlar görkəminə yaraşırdı?!Ey xalqımın,TariximinƏn qocaman abidəsi!
Dalğaqıran ey qəhrəman abidəsi!Yer üzünə tanıtdın bu torpağı sən.Sahilində Xəzərimin mayakısan.Heyranam ki, tərpənməyib bir daşın daNeçə dövran,Neçə-neçə keşməkeşlərHəkk olunub yaddaşında.Göy Xəzərin qucağında sən ucaldın,Sonra ondan kənar düşdün, ayrı qaldın.Bu “sonra”nın əfsanəvi yaşı vardır,Təqvim-təqvim yazı vardır, qışı vardır.Su çəkildi, vidalaşdın ləpələrlə,Baxdın ona bir həsrətlə, bir kədərlə.Dar döngələr aldı səni əhatəyə,Elə bil ki, barmaqlıqdan baxdın göyə.Kölgələndin, görünmədin, Qız qalası!Şəfəqlərə bürünmədin qız qalası!Darıxsan da bilirdin ki, belə qalmaz,Dağ vüqarı dar dalanda dustaq olmaz.Ey müstəqil diyarımın daş bayrağı,Novruz - Bahar bayramının daş növrağı!Nəsil-nəsil igidlərin,
ŞəhidlərinƏmanəti.Azərbaycan torpağının əzəmətiQız qalası!Görürdün ki, gözlərinin qabağında,Bu alovlar, bu küləklər qucağındaGözəlləşir anam Bakı qarış-qarış,Abidələr alnından da itir qırış.Bu pillələr, bu gül-çiçək, bu bağça-bağ,Sənə əlvan don geydirən bu çilçıraq.Elə bil ki, yerdən üzə çıxmısan sən,Səni təzə kəşf eləyib ana vətən.Yüksəlirsən indi boyun bərabəri,Salamlayır Xəzər səni, sən Xəzəri!Açdıq sənin gözlərini, açdıq bu gün,Bu büsata, cah-cəlala baxmaq üçün.Həm də bu gün:Bu qanlara,QurbanlaraNakam gedən cavanlara,Bu bəlaya, bu məlala baxmaq üçün.Genişliyi, ucalığı sevirik biz,
Belə görür indi səni gözlərimiz.Görüşlərçin təzə ünvan - qız qalası!Çal-çağırçın böyük meydan qız qalası!Kim zənn edər bu gün səni bir yığın daş,Sən yadigar, sən müasir, sən vətəndaş!Bakılısan, Xəzərisən,Azərisən,Qız qalası!Uzaq... ulu əcdadımınBizə baxan gözlərisən, Qız qalası!
Kitabxana.az · https://kitabxana.az/works/qabil-qiz-qalasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Dilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Sultanımızdan bezmişikQalmışıq evsiz-eşiksiz canımızdan bezmişik,Üzmüşük torpaqdan əl, ünvanımızdan bezmişik.
Çöhrəndə ölüm kölgəsi var, ey qarı düşmənÇöhrəndə ölüm kölgəsi var, ey qarı düşmən,Xalq ordusu çoxdan qazımışdır sənə mədfən.
VarFeyruz, söylə İstambul paşasına,Qarabağın çox dəyərli adı var.