Ötən il dekabrın 2-də çox balaca bir dəstəylə, Naxçıvana anarın altmış ilini keçirməyə getmişdik. Tədbirdən sonra - ertəsi günü səbəbkarın arzu və təşəbbüsüylə və əlbəttə ki, hamımızın ürəyincə bizi Türkiyənin İqdır və Qars şəhərlərinə gəzməyə apardılar.

Əslində xudmani bir yubiley gecəsi Qarsda da oldu.

Dostları çağırdı dimdik pillələr,Mən qars qalasının dibində qaldım.Neynim, allah mənə vermədi təpər,Mən qars qalasının dibində qaldım.Dostları səslədi sərt pilləkənlər,Qalxdı fəttah, fikrət, maşallah anar.Mən qars qalasının dibində qaldım.Qaldığım yerdəncə göyə ucaldım.

Qayanın dibində bir quş oldum mən,Gələnə-gedənə yoldaş oldum mən.Ürəyim söylədi:Bu da bəsindir.Bu yaşda nə hünər,Nə həvəsindir?Şükr elə ömrünün möhlətinə sən,Şükr elə bəxtinin qismətinə sən,Şükr elə anarın ad gününə sən,Şükr elə dostların şad gününə sən.

Eşq olsun anar -Təşəbbüskara.Yoxsa ki, yoxsa ki, qaş-göz arasıXəyala, yuxuya gəlməz qars hara?Dastanlar şəhəri,Qanlar şəhəri.Şərəflər şəhəri, şanlar şəhəri.Qurbanlar şəhəri,Fərəhdən, qürurdan köksü qabar qars.Türkün bayrağında,Türkün torpağında,

Tarix yarpağındaVüqar qars!Yol şərid,Sağımız-solumuz qardı.Nağıl: biri yoxdu,Biri də vardı.Anardan yadigar bu qars səfəriGörə bilərdimmi özbaşına mən,Öz xoşuna mən.Mənə nağıl kimi gələn yerləri?!Koroğlu dolanıb gəzən yerləri?!Qarsın sobaları yanır kömürlə,Əzəldən sirdaşdır kömür dəmirlə.Dəmirçi kürəsi kömürsüz yanmaz,Qars odda bişməsə məğrur dayanmaz.Beləcə baxanda adicə şəhər,Adicə adamlar, adicə evlər.

Qadağan deyilən bir səddə görəQuş da keçə bilməz sərhəddə görə.BizlərəAdı çəkilməyi qadağan olan,

BizlərçinƏlçatmaz bir məkan olan.“Olmaz” əmiriyləSehrli hər şey.“Olmaz” möhürüyləMöhürlü hər şeyAdicə halında tilsimə dönür.İnsan xəyalında tilsimə dönürQars açıq dünənə baxanda.Yol açıq dünənə baxanda.Əl açıq,Qol açıq,Dil açıq,Dünənə baxanda.Bu açıq məqamın,Bu açıq zamanınŞükranla qədriniBil açıq,Dünənə baxanda.Bayram et,Gül açıqDünənə baxanda...

23.02.1999

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri