Deyirlər bir insan ölcəkKainatın üzü dönür.O bədbəxtin gözləritəkSəmada bir ulduz sönür.

Ulduz sönür – qoynundakıNeçə əməl dəyir daşa,Ulduz sönür – sirli dünyaToza dönür başdan-başa.

Hər ürək də asimandır,Şölə saçır ulduz kimi.Yaranışdan vardır onunÖz dünyası, öz aləmi.

O dayansa, o vurmasaDağ başını qar almazmı?Yer üzünü bəzəyəcəkQönçə güllər saralmazmı?

O dayansa, o vurmasaGöy gurlayar, şimşək çaxar;Səma qara buludlardanSinəsinə bir lent taxar.

Ay tutular, ay camaldaÇatılanda qara qaşlar.Nə həsrətli, nə sirlidirSon baxışlar, son baxışlar...

[?]Sönər-sönər... ah nə dəhşət!Neçə-neçə dost ürəyinDünyasına çökər zülmət.

Deyirlər bir insan ölcəkKainatın üzü dönür.O bədbəxtin gözləritəkSəmada bir ulduz sönür.

Bəli, nəfəs gedən andaBir aləmin sonu çatır.Göz əbədi yumulandaUlduz nədi, günəş batır...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri