Ürək
İpək telli, zərif qəlbəQurğuşun tök qəlpə-qəlpə.Üstünə qor səpə-səpəXışmalayıb əz ürəyi;
Rəhmə gəlib demə candır,Oda tutub alovlandır,Düşünmə ki, axan qandır,Tiyə alıb cız ürəyi;
Gecə-gündüz qalsa oyaq,Əhvalından tutma soraq,Talan olmuş şəhər sayaqTapdalayıb gəz ürəyi;
Nəşə çağı, sevda dəmiKarvan-karvan göndər qəmi,İstər qızıl alma kimiBudağından üz ürəyi;
Çarpacaq son nəfəsində,Ömür-həyat həvəsində.Qoca kişi sinəsindəÇarpmadımı qız ürəyi?
Zaman dərya... Ömür ada,Dalğalara olmaz qida!Versə ancaq verər badaBir tufanlı söz ürəyi!
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-urek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1973-cü ilin oktyabr ayında İsrail-ərəb*müharibəsinin şiddətli dövründə oğlum*
Əhdin mübarək“Əhd eləmişəm, vətənə qayıdanda torpağı öpəcəyəm”*(Fəxrəddinin qürbətdən yazdığı məktubundan)*
Fəxrəddinli ucalığım(Elegiya)*Yaman çılğın, yaman da sərt
Ayrılıq(Mənsiz – Sənsiz)*– Dünya! Sürməmişkən hələ səfanı
Başqa şairlərin şeirləri
Erkən günəş tellərini yer üzünə saçmadan,Ceylanlar* öz sürüsüylə səhralara qaçmadan.
AyrılıqHicran daşı vurdun kürəyimdən,Atdın məni, atdın məni, atdın.
Məntiqül-üşşaq, fəsil 46برای او چه باشی اشک ریزان؟که باشد دایم از مهرت گریزان
Gül yanağun üzrə çün ol sünbüli-sərkəş yaturGül yanağun üzrə çün ol sünbüli-sərkəş yatur,Cümlə sərkəş dillər ana bağlu xoş-naxoş yatur.