Təklik
Evdə tək idim, qorxurdum təklikdən,Yadıma düşürdü qürbətdəkitənha günlərim.Allah göstərməsin bu hissləri bir kəsə,Təklik hücum gətirəndə qürbətdəNeçə şey nicat sahili olurdu mənə.Uşaqlıq günlərimin xatirələriAnamın, atamın,qardaş-bacılarımın üzləri,Məktəb günlərimin xatirələri,Nəhayət, milli musiqlərimiz,Qurtarırdı məni təklik əlindən.
10.11.2006, Bakı
Kitabxana.az · https://kitabxana.az/works/qulamrza-sebri-tebrizi-teklik
← → düymələri ilə keçid, R — təsadüfi şeir