R.Məcidə

Məni yolda tutdu bu kafir gecə,Ana bətnindən də qara bir gecə,Suda batan kimi batdım eləcəYox oldum qəflətən bu qaranlıqda.

İtirdim, özümü tamam itirdim.Yolumu, izimi tamam itirdim,Mən hardan gəlirdim? Hara gedirdim?Kimdən soruşum mən bu qaranlıqda?

Kimdən xəbər alım özümü, kimdən?Məni nə dost tapar burda, nə düşmən,Dünyanın ən qərib adamı yam mən:Nə ev var, nə vətən, bu qaranlıqda.

Batdım, qaranlıqda boğuldum, çıxdım,Qorxdum, o qorxudan ağardım, çıxdım,Bəlkə də, təzədən doğuldum, çıxdım,Bir ana bətnindən bu qaranlıqda...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri