V. Bayatlıya

Ələ qələm alan kimi,Sətirlər qaralan kimi,Köynəyə çıxan qan kimiKədərim varağa çıxır.

Canımda sözlər sıxılır,Artır, üst-üstə yığılır,Yüz nəğmə batır, boğulur,Bir nəğmə qırağa çıxır.

Küsən çox şair sözündən,Öpən yox şair gözündən,Şeirin astarı üzündənBaha çıxır, baha çıxır...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri