Beşikdən eşiyə
Aləmə göz açdığı gün hər çocuqAğlayar, aləm gələ, ay-ay deyər.
Öz atası səslər onu hər sabah,Öz anası hər gecə laylay deyər.
Ay dolanar türlü rəqəm öyrənər,Kimsə ona gəl onacan say, deyər.
Sonra bu minvalla keçər qış, payız,Bir də görərsən özü yaz, yay deyər.
İştahası günbəgün artar onun,Qaqqa deyər, şirni deyər, çay deyər.
Pay verilən yerdə özü dillənər,Kim verəcəkdir mənə də pay, deyər.
Bir də duyar ki, böyüyüb, gəncləşib,Nəşələnər, hallanar, oxqay deyər.
Başqa bir aləmlə dalar aləmə,Bulmalıyam mən özümə tay, deyər.
Ağlı kəsər hay deyənə hay verər,Bərkə düşən yerdə mənə hay, deyər.
Yaxşı qanar yaxşı nədir, pis nədir,Olmalıdır arxada dayday deyər.
Baş ağarar, üz qırışar, yaş keçər,Bitdi işim, vay dədə, vay, vay deyər...
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-besikden-esiye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey mənim yurddaşlarım, qardaşlarım,Zillətə düşmüş ömür sirdaşlarım!
Vay o gündənDostsuz insan qara bayquş, çünkiGərək ülfətlə əzizlənsin dost.
İnsan sevgisiYaşasın ölümə üsyan eyləyən,Həyatın canıdır cahan sevgisi.
GöstərinGülə candan, könüldən aşiq olan bülbüləBaşqa bir gül göstərin, aşiq olsun o gülə...
Başqa şairlərin şeirləri
Qazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
BilmədimÖmrümə yaraşıq, könlümə həmdəm,Bir gözəl aradım, tapa bilmədim.
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.