Özgələr çoxdan görüb, sən gör ki, sən,Sən, dilimdən düşməyən, bir türküsən,Könlümə nurdan yapılmış hörküsən,Sən dilimdən düşməyən, bir türküsən.

Can de ki, canım səni həmdəm bilir,Dərdimə məlhəm bilir, məhrəm bilir,Sən də bil ki, artıq el-aləm bilir,Sən dilimdən düşməyən, bir türküsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri