Getdi, bu dünyaya gətirən səni,Bu ana torpaqda bitirən səni,Getdi boya-başa yetirən səni,Yaz gəlib, quruma, gözəlim Ağ tut,Ruhunu qüssədən, qəmdən uzaq tut!

Başına dolansın sevdalı quşlar,Könlünü oxşasın yağan yağışlar,Xəzanlar ömrünü sənə bağışlar,Özündən bəlanı, dərdi yasaq tut,Əzizim, sevimlim, gözəlim Ağ tut.

Yetər yaxıldığın, qara bağlama,Bağrının başına yara bağlama,Edib ovqatını xarab, ağlama,Nə boran qəbul et, nə də sazaq tut,Canım, mehribanım, sevincim Ağ tut!

Qovuş aydınlığa, zülmət qaçılsın,Fidan varlığına şəfəq saçılsın,Tutqun könül kimi pasın açılsın,Nə məlala tutul, nə də pasaq tut,Qovuş ağ günlərə, ağlama, Ağ tut!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri