Ayla ulduzla ucaldıb göyə Türk bayrağını,Türkü üç qitəyə hakim yaradan kimlərdi?!

Qoruyub yırtıcılardan ulu Türk torpağını,Adlayan türlü dənizdən, qaradan kimlərdi?!

Dağları, daşları şimşəkli qılınclarla biçən,Qəlbi İstanbulun eşqiylə dolan fatehlər!

Ömrü cənglərlə yürüşlərlə savaşlarla keçən,At belində, çadır altında olan fatehlər!

Yağılarla əbədi üz-üzədir Türk oğlu,Yerüzündə əzəli möcüzədir Türk oğlu!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri