Ustad Şamil Güvənə

Ərdəmlidir bu məmləkət,Hər bucağında bərəkət.

Gördüm igid ərənləri,Yurda könül verənləri.

Tanıdım böyük ulusu,Ölən deyil Türk ulusu!

Qorxusu yox alçaqlardan,Quduzlardan, daşnaqlardan.

Qüdrətlidir Türk oğlu Türk,Qeyrətlidir Türk oğlu Türk!

Davulu duy, qopuza bax,Aya boylan, ulduza bax!

Ulu türkün bayrağıdır,Ulu türkün torpağıdır!

Ulu Türkün varlığıdır,Atatürkün varlığıdır!

Bu məmləkət Türkiyədir,Türkiyəyə Türk yiyədir!..

İstanbul, 1984

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri