Səni çox aldadacaqlar, oğlum,Çox yalanlar satacaqlar, oğlum!

Aldadıldıqca, özündən çıxma,Aldanılmaqdan ömürlük qorxma!

Qorx sən aləmdə yalan satmaqdan!Qorx sən insanları aldatmaqdan.

Kim yalan satdımı, alçalmalıdır,Bir ilandır bu yalan, çalmalıdır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri