Qürbət eldə
Könlümdə, gözümdə duman durubdur,Sanıram keçməyir zaman, durubdur.
Bu qürbət aləmi dərdli bir aləm,Ömrüm uzanmışmı, nədir də, bilməm!
Böylə uzanmasın ömrü heç kəsin,Otağım eynidir soyuq məhbəsin.
Gündüz, qış günündə, necə uzanmış,Gündüzə qarışan gecə uzanmış.
Uzanmış anlar da, dəqiqələr də,Qardaşım, insanmı dözər bu dərdə?!
Ürək neyləsin ki, nə var ki əldə,Türbəti andıran bu qürbət eldə!
Yunanıstan, 1984
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-qurbet-elde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Könül çıxart başdanBu xam sevdanı
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
Ləzgi Əhmədlə Xəstə Qasımın ikinci deyişməsiLəzgi Əhməd:**Səndən xəbər alım, ay Dədə Qasım,
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,