Ləzgi Əhmədlə Xəstə Qasımın ikinci deyişməsi
Ləzgi Əhməd:Səndən xəbər alım, ay Dədə Qasım,O nədir ki, bu dünyanı gəzər hey?Nə kağızdır, mürəkkəbsiz yazılar?Nə qələmdir, bu dəftəri yazar hey?
Xəstə Qasım:Al, cavabın deyim, ay Ləzgi Əhməd,Aydır, gündür, bu dünyanı gəzər hey!Könül kağız, mürəkkəbsiz yazılar,Dil qələmdir, bu dəftəri yazar hey!
Ləzgi Əhməd:O nədir ki, heç gəlmədi imana?O kimdir ki, heç düşmədi gümana?O kimdir ki, qəsd elədi insana?O kimdir ki, oldu candan bezar hey?
Xəstə Qasım:O şeytandır, heç gəlmədi imana,O münkirdir, heç düşmədi gümana,Əzrayildir, qəsd elədi insana,Əyyubdur ki, oldu candan bezar hey!
Ləzgi Əhməd:O nədir ki, silinməzdir qarası?O nədir ki, heç tapılmaz çarası?Nə qədərdi yerlə göyün arası?Ləzgi Əhməd bu dəftəri yazar, hey!
Xəstə Qasım:O ürəkdir, silinməzdir qarası,O ömürdür, heç tapılmaz çarası,Yüz doxsan min ildir, yerlə göyün arası,Xəstə Qasım, o dəftəri pozar hey!
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-lezgi-ehmedle-xeste-qasimin-ikinci-deyismesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tər getdim tər yarın tər xanəsinə,Tər mehman, tər eylər, tər gülər Sənəm.
Təcnis: Ərənlər sərvəri Şah QulkəfiƏrənlər sərvəri Şah Qulkəfi,Şücaət yaraşır Həsən Mövlayə,
Qarı və Şah Sənəm— Qarı:Otağımdan durdum, gəldim yanına,
Mürəbbə: Dəli könül, nə yanırsan oda sənDəli könül, nə yanırsan oda sən,Billah bundan hərgiz sənə yar olmaz.