Qaplan dərisindən geyinib kürk,Ceyran kimi qızdır o gözəl türk.

Heyranmı olub qaplana ceyran?Qaplanmı olub ceyrana heyran?!

Bir nəşə saçan qəmdir o gözlər,Aləmdə bir aləmdir o gözlər.

Ceyranmı o qız, qızmı o ceyran?!Qaplan kimi qansızmı o ceyran?!

Ceyran kimi qaplanmı o, bilməm,Qaplan kimi ceyranmı o, bilməm!

Ceyran kimi qızdır o gözəl türk,Qaplan dərisindən geyinib kürk.

Bir qaplanı soymuşmu o ceyran?Ah, olmamaq olmaz ona heyran!

Ceyran kimi baxmaqda o qaplan,Qaplan kimi yaxmaqda o ceyran.

Qaplan dərisindən geyinib kürk,Ceyran kimi qızdır o gözəl türk!

Ankara, 1987

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri