Azərbaycan dünyada olan dünyadır mənə,Dünyanın səfasını mən bu dünyadan aldım.

Bu səfanı, dolaşdım dünyanı dönə-dönə,Nə İtaliyada gördüm, nə İspaniyadan aldım.

Bu səfa nə Avropa, nə Asya, nə AfrikaÖlkələrində olar, bu yurdun səfasıdır!

Bu yurdun səfasıdır, yurdun, ey Rəfiq Zəka,Qürbət ellərdə qalmaq cefalar cəfasıdır!

Malta, 1984

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən