Tutuldum bir qərib eşqə,Nə gördüm cövrdən başqa,Gedəydi həsrətim keşkə,Nə zalımmış, aman, hicran!

Bu qorxu odlu bir qorxu,Ölümdən fərqi yox uyqu,Keçilməz bir dənizdir bu,Açılmaz bir duman hicran.

Mürüvvət yox, fəlakət çox,Ədalət yox, ədavət çox,Şikayət çox, müsibət çox,Hər illətdən yaman hicran.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran