Mənim şeirlərimdən qopan, mənim səsimdir,Nə söylərəmsə, candan yüksələn həvəsimdir.

Ulus ən ulu sevgim, yurd ən müqəddəsimdir,Azərbaycan odumdur, suyumdur, nəfəsimdir.

Onsuz gülüstan olsa qürbətdə, məhbəsimdir,Dünyanı dolaşmışam, öz torpağım bəsimdir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən