Yunis Əmrə ocağına

Gələnlərə salam olsun,Qaranlığı şimşək kimiDələnlərə salam olsun.

Salam olsun gələcəyə,İşıq tutan bir ürəyə,Haqq yaşasın deyə-deyə,Ölənlərə salam olsun.

İlham alıb gündüzündən,Doğmaların gül üzündən,Yasaqları yer üzündənSilənlərə salam olsun.

Sevincini ərənlərlə,Dərdə köküs gərənlərlə,Saza könül verənlərləBölənlərə salam olsun.

Salam o çağlayanlara,Yurdu qucaqlayanlara,Ulusla ağlayanlara,Gülənlərə salam olsun.

Bu dünyada cənnət nədir,Ömür nədir, ziynət nədir,Şeir nədir, sənət nədirBilənlərə salam olsun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri