Bülbüllər ah çəksə bağlar odlanar,Qönçələr, budaqlar, tağlar odlanar.

Sağları görüncə inlər xəstələr,Xəstələr görüncə sağlar odlanar.

Könüllər yanınca irmaqlar kimi,Gözlərdə gözyaşı çağlar, odlanar.

Gülüm, bir ah çəksə Zəka dərindən,Dərələr tutuşar, dağlar odlanar!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri