Ov bərəsin gözləməyən ovçunun,Ovunu görcəkin nə tur sinə,Ay cəmalın gördüm, əqlim itirdim,Bu nə qədd-qamət, nə Tur sinə

Bayqunun meylini yardan eylə sən,Müdam çeşmimi yardan eylə sən,Yarı məndən məni yardan eylə sən,Bəla yetib könlün nə tur sinə

Şikəstə Salehəm müdam oxram,Ay cəmalın gördüm, oldum oxram,İki əlif, iki eyni oxuram,İki lam yazılmış nə Tur sinə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri