Qarabağda
Əfsanə gözəlliklərə uydum Qarabağda,Bir kimsə deməz ki, cana doydum Qarabağda,Ən nəşəli hisslərlə doluydum Qarabağda,Candan vurulub, qəlbimi qoydum Qarabağda,Mən bir Üzeyir türküsü duydum Qarabağda.
Bir dadlı diyardır, ulu sevdalı diyardır,Aləmdə bir aləmlə dolu aləmi vardır,Bir nəğməli gülşəndir o, bir canlı bahardır,Başdan-başa əfsanə gözəlliklərə yardır,Əfsanə gözəlliklərə uydum Qarabağda.
Bir sevgi ki, yazmaqla, deməklə başa çıxmaz,Şairlənən, əlbəttə bu yerlərdə darıxmaz,Bir zəlzələ bir gün bu mətin dağları yıxmaz,İlhamı olan yolçuların ruhunu sıxmaz,Bir kimsə deməz ki, cana doydum Qarabağda.
Bağlarda uçan quşlar ətirlərlə tütərdi.Andıqca ötən günləri bülbüllər ötərdi,Daldıqca unutdum orada qüssəni, dərdi,Duyduqlarımın nəşəsi bir ömrə yetərdi,Ən nəşəli hisslərlə doluydum Qarabağda.
Tarixi ərənlər yaşadırlar, aradırlar,Dünyanı quranlar, yaradanlar yaradırlar,Gördüm Qarabağ qızlarını ayparadırlar,Saçlar qara, qaşlar qara, gözlər qaradırlar,Candan vurulub, qəlbimi qoydum Qarabağda.
Yadlardan əsər yox, nə qədər doğma seyirdir,Gördüklərim orda bərəkət, orda xeyirdir,Bir musiqi şəklində olan incə şeirdir,Orda hara getsən, hara baxsan, Üzeyirdir,Mən bir Üzeyir türküsü duydum Qarabağda.
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-qarabagda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gərək insan olan çalışa gündə,Çalışan ərənlər sırasındadır.
Ulusuyla öyünənlər ulusuyla sevinərUlusuyla öyünənlər ulusuyla sevinər,Yurdunun carçısı yurddaşlara candan güvənər.
Ulusumdur insanlığın aynasında qalan ulusUlusumdur insanlığın aynasında qalan ulus,Ulusumdur Füzulisi, Üzeyiri olan ulus.
Ey Xəzər, dalğalarınla dəli könlümsən sənEy Xəzər, dalğalarınla dəli könlümsən sən,Ey Bakı, ömrümü nurlatmısan, ömrümsən sən.
Başqa şairlərin şeirləri · Vətən
Sadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.
Mənim cahanda ki, bir yari-gülüzarım yoxIşim ki, yox, burada qalmağa qərarım yox.
Qəzet nədir?Ey sananlar qəzeti şeyi-həba.Bu təğafül nə rəvadır, əcəba?
Arzularım, ümidlərimÖmrüm payız ilə, qış arasında,Yol saldım dağ ilə, daş arasında.