Qanadlanan bu dalğalarGümüş qanadlı yorğalar.

Bu dalğalar qayıqlarıHa çalxalar, ha yırğalar.

Nədir bu çırpınış, nədir,Bu qovğalar nə qovğalar?!

Bu çağlayışda qorxudanDurur kənarda qarğalar.

Bu vurhavurda üzməyiBalinalar yadırğalar.

Balıqlarınmı ahıdırSuyun üzündə halqalar?!

Bu halqalar zaman-zamanOlur qulaqda sırğalar.

Qasırğalar açılmasaDənizdə bir qüsur qalar.

Dənizlərin büsatıdırAşıb-daşan qasırğalar!..

İstanbul, 1984

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri